Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü və Lavrovun “sahibsiz ərazilər” ifadəsi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sammit öncəsi MDB ölkələrini “sahibsiz ərazilər” adlandırıb. Lavrovun bu ifadəsi nədən xəbər verir?..

Siyasi şərhçi: “Məlum məsələdir ki, Rusiya-NATO münasibətlərinin pisləşməsi və Ukraynada mümkün olan müharibə ərəfəsində Rusiya MDB-dəki tərəfdaşlarına birbaşa olaraq Moskvanın mövqeyini prezident səviyyəsində çatdırmaq üçün sammitin əyani formada keçirilməsini təşkil etdi”.

“Lavrovun çıxışında belə kobud ifadələrin işlədilməsi onu göstərir ki, Rusiya MDB məkanında özünə təhdid görmür. Yəni MDB məkanında olan digər dövlətlər Rusiya ilə hərbi güc baxımından rəqabət apara bilməz”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Tacikistan Prezidenti İmaməli Rəhman və Türkmənistan Prezidenti Qurbanquli Berdiməhəmmədov iştirak ediblər.

Görüşün gündəliyini koronavirus təşkil edib.

Rusiya Prezidenti Putin çıxışında bildirib ki, bu il MDB-nin yaranmasının 30 illiyi tamam olur: “Onu qeyd etmək istərdim ki, son illərdə bir çox şey maraqlı şəkildə dəyişdi. Bununla belə birlik əlbəttə lazım olan yerdə qurulub. Həm ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi, həm də iqtisadi sahələrdə inteqrasiya müxtəlif istiqamətlərdə dərinləşib”.

Sovet İttifaqından qalan münasibətlərin “müsbət” rol oynadığını vurğulayan Putin bunun “Covid-19” dövründəki çətinlikləri aradan qaldırmağa kömək etdiyini söyləyib.

Rusiya bu əlaqələri hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”, - deyə Putin bildirib.

Sammitdən sonra Rusiya Prezidenti Putin Qazaxıstan Prezidenti Tokayevlə görüşüb. İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Putin ilin əvvəlində Tokayevi Rusiyaya dəvət edib.

Sammitin gedişi və müzakirə olunan məsələlər haqqında məlumat qıtlığı olsa da, zirvə görüşündən əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB ölkələrini “sahibsiz ərazilər” adlandırması diqqət çəkdi.

Lavrovun bu ifadəsi nədən xəbər verir və Ukrayna üzərində Qərb-Rusiya qarşıdurmasının kritik həddə olduği şəraitdə MDB dövlət başçılarının qeyri-rəsmi görüşünü necə dəyərləndirmək olar?

MDB dövlət başçılarının sammitini PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “2000-ci ilin əvvəlində ABŞ-ın birtərəfli qaydada BMT-nin Təhlükəsizlik Şurasından kənar hərbi müdaxilələri, NATO-nun şərqə doğru genişlənməsi və Rusiya sərhədlərində mövqe alması artıq ATƏT-in də öz ilkin funksiyasını itirdiyini nümayiş etdirdi”.

MDB məkanında olan digər dövlətlər Rusiya ilə hərbi güc baxımından rəqabət apara bilmədiklərini vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, bu danılmaz faktdır. Rusiya MDB məkanını özünün hakim olduğu ərazi kimi görür:

MDB sammitini koronavirusla bağlı çağrılmasını Rusiya təklif etmişdi. Amma məlum məsələdir ki, əsasən Rusiya-NATO münasibətlərinin pisləşməsi və Ukraynada mümkün olan müharibə ərəfəsində Rusiya MDB-dəki tərəfdaşlarına birbaşa olaraq Moskvanın mövqeyini prezident səviyyəsində çatdırmaq üçün sammitin əyani formada keçirilməsini təşkil etdi.

Lavrovun çıxışında belə kobud iradələrin işlədilməsi onu göstərir ki, Rusiya MDB məkanında özünə təhdid görmür. Yəni MDB məkanında olan digər dövlətlər Rusiya ilə hərbi güc baxımından rəqabət apara bilməz. Bu danılmaz faktdır. Rusiya MDB məkanını özünün hakim olduğu ərazi kimi görür. Buna görə də Rusiya bu ərazidən ona qarşı çıxmağı yolverilməz hesab edir. Yəni Rusiya bildirir ki, bu ölkələr NATO-ya üzv olmamalı, yaxud da bu ölkələrin ərazilərində Rusiyaya qarşı istifadə oluna biləcək kritik silahlar yerləşdirilməməlidir.

Bu söhbət indinin söhbət deyil. Bu söhbət “Varşava müqaviləsi”nin süqutundan sonra, hətta Qorbaçov, Yelsin dövründən gündəmdə olan məsələdir. Bu məqsədlə də ATƏT yaradılmışdı. Yəni ATƏT Avropada təhlükəsizlik mexanizmi olaraq ortaya çıxıb. Buna görə də Orta Asiya ölkələləri Avropa qitəsinə aid olmasalar da, bu təşkilata üzv oldular. Bir sözlə ATƏT bu məqsədlə yaradıldı ki, postsovet məkanında və keçmiş “Varşava müqaviləsi”nə daxil olan ölkələrdə bir təhlükəsizlik arxitekturası formalaşsın.

Fərhad Məmmədov: “Gələn ilin yay aylarında növbəti NATO sammitində Ukraynanın üzv məsələsinə yenidən baxılması məsələsi ortaya çıxanda, Rusiya “qırmızı xətt”lərin keçilməsini səbəb gətirərək həm fəal xarici siyasət müstəvisində, həm də hərbi məsələdə öz mövqeyini ortaya qoyur”.

Amma 2000-ci ilin əvvəlində ABŞ-ın birtərəfli qaydada BMT-nin Təhlükəsizlik Şurasından kənar hərbi müdaxilələri, NATO-nun şərqə doğru genişlənməsi və Rusiya sərhədlərində mövqe alması artıq ATƏT-in də öz ilkin funksiyasını itirdiyini nümayiş etdirdi. Digər tərəfdən NATO-da genişlənmə, silahlanma və Şərqi Avropada Rusiyanı vura biləcək silahların yerləşdirilməsi baş verdi. Hansı ki, Qorbaçova bütün bunların olmayacağı ilə bağlı söz verilmişdi. Rusiya hər zaman NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxırdı. İndi isə Ukrayna mövzusu qaldırılanda və gələn ilin yay aylarında növbəti NATO sammitində Ukraynanın Atlantik Alyansa üzv məsələsinə yenidən baxılması məsələsi ortaya çıxanda, Rusiya “qırmızı xətt”lərin keçilməsini səbəb gətirərək həm fəal xarici siyasət müstəvisində, həm də hərbi məsələdə öz mövqeyini ortaya qoyur.

Bu üzdən də dünənki sammitin MDB ölkə başçılarının Rusiyanın mövqeyini aydınlaşdırmaq məqsədi ilə keçirildiyi şübhə doğurmur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay