Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədov Putinin “rəngli evolyusiyası” haqda yazır

Eks Rusiya senatoru, məşhur azərbaycanlı xeyriyyəçi Fərhad Əhmədov “Exo Moskva” radiostansiyasının saytında analitik məqalə ilə çıxış edib. Müəllif Qərbdə hazırda hökm sürən energetika böhranının pərdəarxasını prezident Vladimir Putinin idarəçiliyi dövründə Rusiya ilə Qərb arasında qarşıdurmanın fəlsəfəsi fonunda təhlil edib.

F.Əhmədov energetika kollapsının səbəblərini, Rusiya ilə kollektiv Qərb arasında yeni qlobal qarşıdurma erasında qarşılıqlı münasibətlər sistemini analiz edir. Virtualaz.org F.Əhmədovun dünyada hökm sürən müasir siyasi-iqtisadi tendensiyalara dair analitik düşüncələrini oxuculara təqdim edir:

***

Avropanı bürümüş təbii qaz böhranı Qərbin Rusiyaya münasibətdə yeni informasiya, saksiya və diplomatik hücumları üçün bəhanə olub, hərçənd indi təkcə yeni təhdidlər deyil, yeni dilətutmalar da işə salınıb və Rusiyadan, şəxsən Putindən “qaz ilgəyini” bir az yumşaltmaq barədə az qala göz yaşları içində xahişlər edirlər. Sanki indiki energetika böhranında qiymətlərlə oynayan Avropa İttifaqı yox, Rusiya günahkardır, sanki Avropanı sıxılmış qazla dolduracağı barədə vədlər verən ABŞ-ın da burada heç bir günahı yox imiş.

Bu mövzuda işin bilicisi kimi danışıram. 1989-cu ildən etibarən mən enerji daşıyıcıları ilə məşğulam və şəxsi təcrübəmə əsasən burada hasilatdan tutmuş birja ticarətinə qədər hər şeyə bələdəm.

Qeyd etməliyəm ki, Qərb heç vaxt indiki kimi köməksiz və çarəsiz vəziyyətdə olmayıb. Birincisi, mahiyyətdə Rusiyanı günahlandırmaq üçün heç bir səbəb yoxdur: hara fırlatsan da “Qazprom” özünün müqavilə öhdəliklərinə əməl edir, neftin və digər enerji daşıyıcılarının qiymətinə əsaslanan uzunmüddətli müqavilələrdən imtina etmək və spot alışlarına keçmək ideyası isə Moskvaya yox, Brüsselə məxsusdur. Vladimir Putinin belə yanaşmanın təbii qazın qiymətlərini kəskin artıracağı haqda bəyanatından əvvəl bir çox avropalı ekspertlər bu haqda öz fikirlərini açıq ifadə etmişdilər. Məsələn, İtaliyanın “L’Antidiplomatico” nəşri açıq mətnlə indiki qaz böhranını “Avropa İttifaqının axmaqlığı” adlandırıb. Rusiya enerjidaşıyıcılarının ABŞ-dan və digər ölkələrdən sıxılmış qaz təchizatı ilə qarışdırılması eksperimentləri boşa çıxdı, “yaşıl enerji”yə olan ümidlər isə ifrat və ya vaxtından əvvəl yaranmış ümidlər oldu.

Qərbin Rusiya qazını sıxılmış qazla əvəzləmək eksperimentləri tamamilə iflasa uğradı...

İkincisi, indi “rus ayısından” mərhəmət gözləyənlər etiraf etməyə məcburdurlar ki, uzun müddət bu “ayının” özünü həyasızcasına dəyənəklə qıcıqlandırırdılar. Amerika və bir çox Avropa KİV-ləri 20 il ərzində qərb obıvatelinin nəzərində Putin-bədheybət, Putin-bütün azadlıqları və demokratik dəyərləri boğan, istənilən vaxt nüvə düyməsinə basa biləcək adam obrazını formalaşdırıblar. İndi isə qəfildən bütün bu KİV-lər hamısı birdən “stokholm sindromuna” oxşayan mərəzə tutuldular: onlar “ola bilsin, Putin də pis deyil” ruhunda fikirlərlə çıxış etməyə başlayıblar, az qala öz “cəlladlarına” sevgi etirafları edirlər.

Bunun parlaq təsdiqi bu günlərdə CNN telekanalının saytında Lyuk MakCi-nin “Qərb Putinin ən təhlükəli variantını necə həyata keçirdi” səs-küylü başlığı ilə dərc edilmiş məqaləsidir.

Məlum olduğu kimi, CNN telekanalı hakim Demokratlar partiyasına yaxındır və vaxtaşırı olaraq proqram tezislərini səsləndirir, bu tezislər sonradan həyata keçirilir. Həmin məqalədə bugünkü Putin “küçə döyüşçüsü” və özününün “ən təhlükəli versiyası” adlandırılır. “Rusiya daha çox arxayın hərəkət edir, - müəllif ekspertlərdən birindən sitat gətirir. - Moskva Avropadakı qaz böhranından özünün “Şimal axını-2” qaz kəməri layihəsini həyata keçirmək üçün istifadə edir və ya NATO ilə bütün qalan əlaqələrini kəsir, üstəlik bunu aşkar edir, Qərblə yaxşı münasibətlər saxlamaq niyyətlərinə eyham vurmadan”.

MakCi hesab edir ki, bütün bunlar Qərbin günahı üzündən baş verib, amma ona görə yox ki, o Rusiyanın beynəlxalq işlərdə müstəqil xətt yürütmək haqqını başa düşməyib və tanımayıb, ona görə ki, Rusiya liderinin “aqressiv hərəkətlərinə” vaxtında reaksiya verməyib, indi isə onun qarşısında çarəsiz vəziyyətdə qalıb. Putin isə öz gücünə inamını nümayiş etdirir. Və ola bilsin siyasi korrektlik, ola bilsin işini itirmək və öz vətənində qınağa tuş gəlmək qorxusu jurnalistə bunu açıq deməyə imkan vermir ki, Putinin bu cür evalyusiyasını Rusiyanın sərhədləri boyu hərbi qüvvə cəmləşdirənlər və ona qonşu ölkələrdə “rəngli inqilablar” törədənlər təmin ediblər.

Ona görə də Rusiya ilə Qərbin münasibətlərində bəzi məsələləri xatırlatmaq lazımdır, hansı ki, onlar CNN-nin analitik essesinə daxil edilməyiblər, amma diqqətli oxucular üçün maraqlı ola bilər.

2000-ci illərin əvvəllərində Putini "Kremldəki alman" adlandırırdılar...

V.V.Putin 2000-ci ildə qərbyönümlü olmasa da ən azından qərbmərkəzçi cərayana mənsub siyasətçi kimi hakimiyyətə gəlib; onu hətta “Kremldəki alman” adlandırırdılar. İndi bəlkə də çoxlarının yadında deyil ki, Rusiyanın NATO-ya daxil olması perspektivləri haqda BBC müxbirinin sualına cavab verən Putin qısaca demişdi: “Nəyə görə də yox?”. 2001-ci ildə isə Almaniya Bundestaqında alman dilində çıxış edərkən Putin Rusiyanın Avropa seçimini aydın şəkildə ifadə etmişdi.

 

 2001-ci il 11 sentyabr terror hücumlarından sonra məhz Putin dünya liderləri arasında birinci olaraq ABŞ prezidenti Corc Buşa zəng vurdu, başsağlığını ifadə etmək və dəstək göstərməyə hazır olduğunu bildirmək üçün. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinin bayram edilməsi günlərində Rusiya “Böyük səkkizlər”in sammitinə ev sahibliyi edirdi. 2005-ci il mayın 9-da Qırmızı meydanındakı Qələbə paradını Rusiya lideri ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Böyük Britaniyanın vitse-premyeri Con Preskot, Latviya prezidenti Vike-Freyberq və daha onlarla dövlət başçısı ilə birgə qəbul edirdi. Almaniya kansleri Herxard Şröder isə özü ilə birlikdə Vermaxtın bir qrup veteranlarını da gətirmişdi, hansı ki, parad bitəndən sonra Putin özü onlara yaxınlaşdı...Razılaşın ki, bu gün bütün bunlar hansısa fantastika kimi görünür.

Qərb liderləri 2005-ci ildə Qırmızı meydanda Putinlə yanaşı dayanmışdılar

Rusiya ABŞ-ın ötən yay o cür biabırçı şəkildə yekunlaşan Əfqanıstan hərbi missiyasının təşkil olunmasına kömək etdi: Putinin dəstəyi ilə amerikalılar Orta Asiya üzərindən öz qoşunlarının təchizatını qura bildilər. Paralel olaraq Rusiya ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş məsələri müzakirə olundu, Rusiya Boloniya sisteminə qoşuldu, digər istiqamətlərdə də əhəmiyyətli irəliləyişlər əldə edildi.

Ancaq Qərb bunlara baxmayaraq öz ağuşunu geniş açmağa tələsmədi. “Karlo ata”da olduğu kimi qərb nağılbazları Rusiya qarşısında öz gözəl dünyalarının yaraşıqlı giriş qapılarını təsvir edirdilər, amma bu qapıların rəsmi qalın kərpic divar üzərində çəkilmişdi. Hər şey getdikcə daha çox aydın olurdu ki, bizim Rusiya, əlbəttə, Qərbə lazımdır, amma istisnasız olaraq zəif, asılı və sözəbaxan ölkə olaraq. Rusiyadan şagird yerini tutmağı və dinləməyi tələb edirdilər ki, “böyük qardaşlar” ona nə deyəcək. Hansı ki, bu şagird onların tələblərini tərəddüdsüz yerinə yetirməli idi. Mən həmin illərdə AŞPA-dakı Rusiya nümayəndə heyətinin tərkibində işləyirdim və yaxşı yadımdadır ki, avropalı həmkarlarımız necə ağayana və etinasız şəkildə əllərini bizim çiyinlərimizə vururdular. Və İraqdakı müharibədən başlayaraq ABŞ Putinə aydın siqnallar göndərməyə başladı ki, onlar yeni dünya düzənini beynəlxalq hüquqa məhəl qoymadan və onun Rusiya prezidenti kimi mövqeyini nəzərə almadan formalaşdırmaq istəyirlər.

Amma Vaşinqtonun qlobal ekspansiyası Rusiya liderini dünyaya başqa cür baxmağa məcbur etdi

2004-cü ildə Baltik ölkələri NATO-ya üzv qəbul edildi, Slovakiya, Polşa, Macarıstan və Çexiya isə Avropa İittifaqına üzv oldu. Eyni zamanda Rusiyanın yaxın sərhədlərində “rəngli inqilabların” ilk dalğası başladı: Gürcüstandakı “qızılgül inqilabı” və Ukraynadakı “narıncı inqilab”. Ardınca isə Londonda Litvinenkonun qətli, hansı ki, Qərb buna görə dərhal Kremli ittiham etdi. NATO-nun növbəti genişlənmə dalğası başladı, Rumıniya və Bolqarıstan alyansa üzv oldu, nəhayət Vladimir Putinin 2007-ci ildə Münhen təhlükəsizlik konfransında yadda qalan çıxışı. Bu, artıq başqa prezidentin çıxışı idi və Putin aydın şəkildə deyirdi: onun ölkəsi qərb siyasətinin quyruğunda sürünməyəcək və birqütblü dünya onun üçün qəbuledilməzdir.

Və hərçənd indi Qərblə Rusiyanın “boşanmasının” yekun tarixi kimi 2014-cü ili götürmək qəbul olunub, Putinin Avromaydana münasibəti və Krımın birləşdirilməsi məsələsi tamamilə aydındır, amma geri dönüşü olmayan nöqtə hələ 2007-ci ildə keçilmişdi. Bunun ardınca Gürcüstandakı müharibə və Ukraynadakı ikinci “narıncı inqilab” uçurumu ancaq dərinləşdirdi.

2007-ci ildə Putin birqütblü dünyaya qarşı çıxdı

Yəni budur, əgər Lyuk MakCi-nin məqaləsini bu məlum faktlarla tamamlasaq qorxuram ki, CNN onu dərc etməyə risk etməzdi. Bununla belə, məqalə hətta dərc edilmiş formasında belə məni oxucu olaraq bu ritorik sualı verməyə məcbur edir: nəyə görə Rusiya indi hansısa güzəştə getməlidir? Nə səbəblə biz indi Avropa İttifaqının acizanə xahişlərinə qulaq asmalıyıq? Nəyə görə bütün bu illər ərzində dəyənəklə qorxutmağa çalışdığınız “ayı” sakitcə küncdə oturmalıdır və ona əzab verənlərə yazığı gəlməlidir?

Rusiya üçün indiki situasiya əlverişlidir-buyurun, lovğalığı bir kənara qoyub diplomatik ifadələr axtarın. Neft və qaz onun strateji ixrac məhsuludur. Dünyada enerji daşıyıcılarının qiyməti nə qədər yuxarıdırsa Rusiyanın iqtisadi təhlükəsizliyi də o qədər möhkəmdir. Nəyə görə o, yüksək qiymətlərdən könüllü imtina etməli və onun aşağı salınmasına kömək etməlidir? Üstəlik “yüksək qiymət” anlayışını da aydınlaşdırmaq lazımdır: məsələn, neft hazırda 84 dollardır, 8 il əvvəl isə 100 dollardan yuxarı idi. Amerika valyutasının alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alanda isə indiki 84 dollar təxminən 2013-cü ildəki 70 dollar edir. Yaddan çıxarmaq lazım deyil ki, neft və qaz “Buşun ayaqları” adını almış toyuq budu deyil, yeri doldurulması mümkün olmayan resurslardır və ehtiyatlar azaldıqca dəyəri də artmalıdır.

Daha bir məqam: sirr deyil ki, neftin 1 dollar bahalaşması ABŞ xəzinəsinin təxminən 100 milyard dollar boşalması deməkdir, ABŞ-a bahalı enerji daşıyıcıları qətiyyən sərf etmir. Beləliklə, Rusiya qiymətlərin aşağı salınmasına imkan yaratmaqla onu faktiki olaraq düşmən elan etmiş və bütün cəbhə boyu soyuq (hələlik soyuq) müharibə aparan ölkənin maraqlarına xidmət etmiş olur.

Qazın qiymətləri təzəcə qalxmağa başlayan kimi, Avropa üzərində həyacan təbili, hər şeydən əvvəl “vaşinqton kilsə zəngi” çaldılar: Putin bu yazıq avropalıları soyuqdan qırmaq istəyir! Bəs amerikalılar şüurlu şəkildə rublu çökdürəndə və milyonlarla rusiyalının 20-30 il ərzində yığdığı depozitini dəyərdən salanda həmin “kilsə zəngləri” niyə susurdu?

Amma Putin yenə də Qərbə kömək əlini uzatdı

Bununla belə, Putin hətta özünün “ən pis versiyasında”, CNN-in dəyərləndirilməsində deyildiyi kimi, Qərbə kömək əlini uzadır: “Qazprom”a göstəriş verir ki, Avropanın yeraltı qaz anbarlarına qaz təchizatını təcili artırsın. Təkcə bu göstəriş kifayət etdi ki, mavi yanacağın qiyməti bir anda 3 faizdən çox aşağı düşsün.

Bu o deməkdirmi ki, Rusiya Qərblə tamölçülü dialoqa qayıtdı və Vladimir Putinin amerikalıarı bu cür həyacanlandıran “evolyusiyası” geriyə getməyə başladı? Qətiyyən yox. Amma bu haqda növbəti materialımızda bəhs edəcəyik.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Ən çox oxunanalar