Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan arxasını Qərbə çevirir – Tbilisi Avropa İttifaqı ilə sazişdən imtina edib, Belarusla yola davam edir…

Foreign Policy: Tbilisinin Rusiaya doğru yönəlməsinin qarşısını almaq üçün yeganə yol ABŞ-ın hakim “Gürcü arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etməsidir…

Müəlliflər: Devid Kramer, İen Kelli
Foreign Policy, ABŞ, 22 avqust 2021-ci il

Bu il Rusiyanın 3,7 milyon əhalisi olan və Rusiya ilə Türkiyə arasında yerləşən Gürcüstana hücum etməsindən 13 il ötür. Bir neçə on illikdir ki, Gürcüstan regionun ən qərbyönlü ölkəsi olaraq tanınır. Bu ölkənin əsas hədəfi Avropa İttifaqına və NATO-ya üzv olmaqdır. Tbilisi NATO-nun bütün sülhməramlı və hərbi əməliyyat missiyalarında iştirak edərək bu iki ittifaqın bütün istəklərini yerinə yetirib.

Onlarla Gürcüstan vətəndaşı Amerikan hərbiçiləri ilə İrqada və Əfqanıstanda çiyin-çiynə döyüşərək həyatını itirib. Təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-a kömək edən Gürcüstan həm də strateji əhəmiyyətli regionda yerləşir. Bu ölkənin Qara dənizə çıxışı var, Rusiyaİrandan yan keçən Şərq-Qərb ticarət marşurutu üçün xüsusi əhəmiyyət daşıyır.

Avroatlantik məkanın bir hissəsinə çevrilməyə can atan Gürcüstan regionda demokratik inkişaf yolunda da müəyyən irəliləyişlərə sahibdir. İndi isə bu demokratik inkişafa Qərb standartlarına zidd olaraq ölkədəki bütün hakimiyyət cilovlarını ələ keçirməyə çalışan hakim “Gürcü arzusu” partiyası mane olmağa çalışır. Hakim partiya Qərb dəyərləri ilə ölkəni idarə etməyə deyil, Rusiya ilə, hətta Belarusla əlaqələrini gücləndirməyə cəhd edir.

2019-cu ildə “Gürcü arzusu” partiyası rus deputatı parlamentdə çıxış etməyə dəvət edərək, ölkədə etirazlara və qarşıdurmaya səbəb olmuşdu. Bu partiya Gürcüstanın Rusiyadan daha çox müstəqilliyini təmin edəcək iki layihənin reallaşmasına da imkan verməyib. Bunlardan biri Qara dənizin dərin sularında limanın inşası, digəri isə Şərqlə Qərb arasında yeni fiber-optik internet marşrutunun çəkilməsi olub.

“Gürcü arzusu”nun bəzi üzvləri elə addımlar atırlar ki, bu addımları dövlət hakimiyyətini mənimsəmək kimi dəyərləndirmək olar və onların əsas məqsədi dövlət hakimiyyətini və ölkə sərvətini kiçik elitar qrupun əlində toplamaqdır. Gürcüstanda panedmiyanın iqtisadi zərərləri hesabına ötən il ÜDM 6,2”% aşağı düşüb. Gürcüstanda yarım milyon insan koronavirusa yoluxub və 6500 itki ilə ölüm faizi 10,4% təşkil edir. Ölkə əhalisinin ancaq 7%-i vaksinasiya olunub.

Moskva və Minskin antiliberal rejimlərindən nümunə götürən Tbilisi son zamanlar Qərb dəyərlərinə qarşı hücuma keçib və bu ölkədə Qərbin tənqidi getdikcə artır. 2019-cu ildə “Feysbuk” “Gürcü arzusu”na aid olan və anti-Qərb təbliğatı aparan saxta akkauntları bağlayıb. Son günlər isə “Gürcü arzusu”na yaxın olan saytlar və sosial şəbəkə akkauntları ABŞ-ın Gürcüstandakı səfirinə və onun avropalı həmkarlarına qarşı bənzərsiz hücuma keçiblər. Əslondə bu, Qərbdən “Gürcü arzusu”na qarşı tənqidlər səsləndiriləndə həmişə olur və hakimiyyət bununla Qərbdən gələn tənqidləri susdurmağa çalışır. .

Gürcüstandakı siyasi böhran özünün pik həddinə ötən ilin payızında keçirilən parlament seçkilərindən sonra çatıb. “Gürcü arzusu” bununla parlament seçkilərində olan saxtakarlıqları ört-basdır etməyə cəhd edib. Əlbəttə ki, heç kim şübhə eləmir ki, hakim “Gürcü arzusu” partiyası digər partiyalardan daha çox, 40% səs toplayıb və bu səslər Gürcüstanda təkbaşına hökümət qurmaq üçün yetərlidir. Lakin buna baxmayaraq, bir çox beynəlxalq müşahidəçilər hesab edirlər ki, “Gürcü arzusu” hakimiyyət monopoliyasından istifadə edərək, müxalifətə seçki təbliğatı aparmağa mane olub. Qeyd edək ki, hakim partiya məhkəmə sisteminə də nəzarət edir.

Müxalifətin parlament seçkilərini boykot etmək qərarı isə ölkədə siyasi böhran yaratmış və bundan sonra fevral ayında hakimiyyət əsas müxalifət liderlərindən biri Nik Meliyanı həbs edərək bu böhranı daha da dərinləşdirmişdi. Müxalifət hesab edir ki, müstəqil “Mtavari arxi” telekanalının şəriklərindən biri olan Georgi Ruruanın da təqib edilməsi məhz siyasi motiv daşıyırdı.

Aprel ayında Avropa İttifaqı Gürcüstandakı böhranı yumşaldmaq üçün vəziyyətə müdaxilə etdi və vətəndaş sülhü əldə etmək üçün siyasi məhbuslara amnistiya verilməsini, xüsusən də Meliyanın azadlığa buraxılmasını istədi. Təklifdə həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsi də vardı. Lakin hamı bilirdi ki, yeni seçkilərdə “Gürcü arzusu” seçicilərin 43% səsini ala bilməyəcək. İyulun əvvəlində LQBTK təmsilçilərinin əvvəlccədən razılaşdırılmış marşında vəziyyət nəzarətdən çıxdı və kütlə jurnalistlərə, həmçinin vətəndaş cəmiyyətlərinin ofislərinə hücum etdi. Bu hücumu həyata keçirənlərin bəziləri Moskva ilə əlaqəli adamlardı və onları Gürcüstam Provaslav Kilsəsi yönləndirirdi.

Həmin hücum zamanı 50-dən artıq jurnalist zərər gördü və onlardan biri qəddarcasına döyüldükdən bir neçə gün sonra öldü. Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə hadisədən sonra baş verənlərə görə “radikal müxalifəti” günahlandırdı. Qarşıdurmanın qarşısını ala bilməyən baş nazirin bu çıxışı bir tərəfdə jurnalistlər və “Qürur marşı”nı keçirənləri, digər tərəfdə isə “Qürur marşı”na qarşı olanlar arasındaki uçrumu daha da dərinləşduirdi. ABŞ-ın Gücüstandakı səfiri baş naziri bu açaıqlamasına görə tənqid etdi və bildirdi ki, KİV və LQBTK təmsilçilərinə qarşı olan zorakılığın qarşısını alamaq üşün Qaribaşvilinin liderliyi yetərli deyil.

Cavab olraq isə Qaribaşvili provaslav kilsəsinin dəyərlərinə dayanaraq “Qürur marşı” Gürcüstan cəmiyyətinin əksəriyyət hissəsi üçün dözülməz olduğunu bildirdi və bu qarşıdurmanı əslində revanşistlərin planlaşdırıldığını vurğrladı. Zorakılığın qurbanı olan marşın təşkilatçıları isə Qaribaşviliyə görə heç də ağıılı davranmayıblar və bu da vətəndaş etirazlarına səbəb olub. Qaribaşvilinin bu bəyanatları fonunda hücumun təşkilatçıları hələ də həbs edilməyib.

Hakimiyyət məhkəmə sistemindən siyasi məqsədlər üçün istifadə edərək KİV-i qorxutmağa çalışır və bu icra hakimiyyətinin əlində nə qədər böyük hakimiyyət toplamasının göstəricisidir. 2007-ci ildə Mixail Saakaşvili höküməti antihakimiyyət mitinqləri keçirən nümayişçilərə qarşı gücdən istifadə edərək ölkədə fövqəladə vəziyyət elan elədi və müxalif “İmedi” kanalını bağladı. İndi “Gürcü arzusu”nun həmin vaxt Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan çıxdığını elan etməsi siyasi böhranı daha da dərinləşdirir və “Gürcü arzusu” partiyasının liberal olmayan rejimə çevrildiyindən xəbər verir.

Avropa İttifaqı ilə “Gürcü arzusu” arasında imzalanan sazişdə hakimiyyətin bölünməsi ilə bağlı bir neçə bölmə vardı, buna baxmayaraq, ən önəmli maddə hakim partiyanın reytinqinin 43%-dən aşağı düşdüyü halda növbədənkənar seçki keçirmək idi. Bu yaxınlarda keçirilən rəy sorğusuna görə isə “Gürcü arzusu” bu faizdən çox aşağıdır.

Bundan başqa Gürcüstan Dövlət Təhlükəsizliyi idarəsinin Belarusun Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlığa başlaması ilə bağlı xəbərin yayılması isə Gürcüstanda və Qərbdə şok edici effekt yaratdı və bu bütün gözləntiləri aşdı. Bu saziş əslində 2016-cı ildə imzalnaıb və gizli saxlanılıb. Hamıya məlumdir ki, Belarus DTK Rusiayanın FTX-sı ilə sıx əməkdalıq edir və əslində Belarus DTK ilə bağlanan saziş, həm də Rusiayanın FTX-sı ilə saziş kimi dəəyərləndirilməlidir..

Gürcü rəsmilər sazişin hələ ki, mövcudluğunu inkar etməyiblər, sadəcə bu saziş barədə məlumatın mətbuata ötürülməsini pisləyirlər. Qeyd edək ki, Avropa İttifaqı ilə sazişdən imtina edərək Belarusun diktatör rejimi ilə sazişə sadiq qalmaq, yumşaq desək, Gürcüstanı heç də işıqlı fonda göstərmir və Gürcüstanın Qərbyönlü demoratik dəyərlərdən imtina etməsi ilə bağlı narahatlıqları artırır.

Gürcüstanda keçirilən rəy sorğuları göstərir ki, əhalinin üçdə iki hissəsi Avroatlantik məkanla inteqrasiyanın tərəfdarırdır. “Gürcü arzusu” hər nə qədər özünü Avropa İtrtifaqı və NATO yanlısı göstərsə də, son baş verən hadisələ onu göstərir ki, onlar ölkədə bir partiyalı rejim tətbiq etmək üçün Moskvanın taktikasından yararlanmaq istəyirlər. Bu uzun illər boyu Avroatlantik cəmiyyətlə inteqrasiya istiqamətində atılan vacib addımları heçə endirir və təbii ki, bu da bir çox Avropa ölkələri tərfindən görməməzlikdən gəlinmir. Son hadisələr fonunda Qaribaşvilinin Baltik ölkələrinə səfəri təxirə salınıb. Əslində baş verənlərdən sonra Baltik ölkələrinin rəhbərləri Gürcüstan lideri ilə görüşmək istəmədilər və məcburən səfər təxirə düşdü.

Gürcüstanın demoratiya yolundan geri çəkilməsi fonunda Vaşinqton da müəyyən addımlar ata bilər. ABŞ-ın Gürcüstanda uzun illərin əməkdaşlığına dayanan kifayət qədər ağırlığı var və Bayden Adminstrasiyası, Gürcüstana güclü dəstək verən Konqres “Gürcü arzusu”nu Avropa İttifaqı ilə sazişə geri dönməsi üçün təzyiq etməlidir. Vaşinqton həmçin oktyabra nəzərdə tutlan bələdiyyə seçkilərində ciddi nəzarəti həyata keçirməlidir.

Əgər “Gürcü arzusu” Belarusla sazişi ləğv edib Avropa İttifaqı ilə sazişə geri dönməsə və seçkilərdə maxinasiyaklara əl atsa, onda Bayden Adminstarsiyası “Gürcü arzusu”nun liderlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Hələ ki, ABŞ Gürcüstana qarşı sanksiyalardan istifadə etməyib, lakin bu Tbilisinin Rusiaya doğru yönəlməsinin qarşısını alamaq üçün yeganə yoldur.

ABŞ ölkələrinin Qərbə inteqrasiyasını dəstəkləyən Gürcüstanı əhalisinin böyük əksəriyyətinin maraqlarını qorumaq üçün bu addımları atmağa borçludur. ABŞ-ən maraqları bunu tələb edir və Vaşinqton bu maraqları qorumalıdır…

Müəlliflər haqqında: İen Kelli 2015-2018-ci illərdə ABŞ-ın Gürcüstanda səfiri olub. Hazırda isə Şimal-Qərb universitetində çalışır.

Devid Kramer Dövlət katibinin sabiq köməkçisidir. Hazırda Floridada Beynəlxalq və İctimai münasibətlər universitetinin elmi işçisidir.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ən çox oxunanalar