Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şeyxin çıxışının təhrif edilməsi yolverilməzdir" - Hacı Şahin

"Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamların səsləndirilməsini kökündən yanlış hesab edirəm. Şeyx həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub. Onun ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, Şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir".

PİA.az xəbər verir ki, Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

"Onun çıxışının təhrif edilməsi, başqa mənalara yozulması yolverilməzdir. Bəli, şübhəsiz, qələbə Azərbaycan əsgərinin şücaəti və əzmi sayəsində əldə olunub. Şeyx həzrətlərinin vurğuladığı kimi, bütün xalq, dini və siyasi baxışından asılı olmayaraq Ali Baş Komandanın ətrafında birləşib bu qələbəni qazandı. Bununla belə, digər ölkələrin bizimlə həmrəy olması, dəstək verməsi bizim haqlı mövqeyimizin beynəlxalq müstəvidə təsdiqi anlamına gəlir. Biz qonşularımızla, xüsusilə müsəlman ölkələri ilə, dostluq və qardaşlıq içində yaşamalıyıq. Bundan dövlətimiz və xalqımız yalnız qazanacaq.

Fətva mövzusuna gəlincə, bu siyasi deyil, dini bir anlayışdır. Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir.

Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamlar irəli sürənlər onun hansı cəsarətlə 20 yanvar hadisələrində imperializmə qarşı dayandığını, xalqımızın mənafeyini qorumaq üçün mətin mövqe tutduğunu, çoxmillətli və çoxkonfessional ölkəmizdə dini və milli birliyin təmin olunmasında zəhmətini unutmamalıdır", - Hacı Şahin qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Ən çox oxunanalar