Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reza Deqati minaya düşən jurnalistlərimiz haqda paylaşım edib- Video

Dünyaca məhşur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 325 minlik izləyicisi olan instagram səhifəsində Kəlbəcərdə minaya düşərək şəhid olan azərbaycanlı jurnalistlərdən yazıb.

PİA.az xəbər verir ki, hadisə yerinə yollanan Deqati erməni hərbçilərin təxribatçı fəaliyyətlərini xatırladaraq Ermənistan rəhbərliyinin mina xəritələrini təhvil verməkdən boyun qaçırmaqla mülki əhalini təhlükə altında qoymasına diqqət çəkib.

“İki azərbaycanlı jurnalist avtomobillərinin Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdikləri milyon minadan birinə düşməsi nəticəsində burada həlak olub. Ermənilər hərbi məğlubiyyətlərindən sonra ayrılmazdan əvvəl minlərlə mina və bomba tələləri qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı olmaqla erməni rəhbərliyi minalar xəritələrini verməkdən imtina edir, xüsusi olaraq mülki əhali arasında yüzlərlə yeni ölümə və şikəstliyə səbəb olur, yenidən qurulmasını təxirə salmaqla qaçqınların qayıdışını gecikdirir”, - deyə Reza Deqati qeyd edib.

Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar