Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ HDQ zabitləri: "Kremlə xatırlatdıq ki, Qara dəniz rus gölü deyil"

NATO-nun "Dəniz qalxanı-2021" birləşmiş təlimləri Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) iki gəmisi daxil olmaqla, Moskvaya sərt şəkildə xatırladıb ki, Qara dəniz rus gölü deyil.

"The Washington Times" nəşrinin şərhçisi Mayk Qlennin yazdığına görə, ABŞ zabitləri belə hesab edirlər.

"Bizim Qara dənizdəki əməliyyatlarımız NATO üzrə müttəfiqlərimizi dəstəkləmək və dənizdə sabitliyi təmin etmək istiqamətindəki qəti niyyətimizi nümayiş etdirir" - nəşrə müsahibəsində «Monterey» raket kreyserinin kapitanı Cozef Baqqett bildirib.

Qəzetin materialında qeyd edildiyi kimi, sözügedən kreyserin «Tomas Hander» esminesi ilə birlikdə iştirak etdiyi «Dəniz qalxanı-2021» təlimlərini Rumıniya təşkil edib. Təlimlərin gedişində amerkalılar bölgənin bir sıra ölkələri ilə birgə (Albaniya, Bolqarıstan və Xorvatiya), həmkarları müxtəlif dillərdə danışsalar da çiyin-çiyinə döyüşməyi öyrəniblər, minalardan təmizləməni və qayıq əleyhinə müdafiə fəndlərini məşq ediblər.

"Tomas Hander"in kapitanı Bo Mankuzo öz növbəsində, hələ təlimlərin başlanğıcında jurnalistlərə bildirib ki, təlimlər "bizim gəmi üçün NATO üzrə müttəfiqlərlə birlikdə Qara dənizdə işləmək istiqamətində əla imkan olacaq".

Nəşrə müsahibəsində ABŞ HDQ istefada olan admiralı Mark Montqomeri bəyan edib ki, amerikalıların iştirakı ilə Qara dənizdəki təlimlər hər şeydən əvvəl "Rusiyanın əsirliyində olan" kiçik ölkələrə dəstək vermək və onların arasında Vaşinqtonun nüfuzunu möhkəmlətmək üçün düşünülüb. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar