Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp artıq olmasa da, Avropanın Amerikaya baxışı çoxdan dəyişib...

ABŞ-ın “mən necə hərəkət edirəmsə, hər kəs də mənimlə birgə hərəkət edər”, düşüncəsi artıq keçmişdə qalıb...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 fevral 2021-ci il

Trampın prezidentliyi dövründə ABŞ-la Qərbi Avropa arasında münasibətlər olduqca gərgin idi. İngiltərənin Avropa Birliyindən çıxmasını qətiyyətlə dəstəkləyən Tramp AB ölkələrinə əlavə rüsumlar tətbiq etmişdi. Tramp AB-ni İran Nüvə Müqaviləsindən çəkilməyə məcbur edərək, Rusiyanın təbii qazını Baltik dənizindən Almaniyaya göndərməyi hədəfləyən “Şimal Axını-2” boru kəməri layihəsinə də sərt cavab verib. Üstəlik, Trampın NATO-ya münasibəti ABŞ-a olan inamsızlığı daha da artırıb. Daha bir çox mövzuda ABŞAvropa indi fərqli istiqamətlərdə hərəkət edirlər.

Tramp administrasiyası AB ölkələrinə Çin əleyhinə siyasəti dəstəkləmələri üçün təzyiq göstərib. AB Çinlə “Hərtərəfli İnvestisiya Sazişi” (CAI) imzalayıb. “Şimal axını 2” layihəsinə qarşı çıxan ABŞ-ın yeni prezidenti Co Bayden də Çinlə bağlanan bu razılaşmadan narahatdır. Qərbi Avropa-ABŞ münasibətlərinin pisləşməsində tək amil Tramp deyil. Bayden Trampın ABŞ qoşunlarını Almaniyadan çıxarması qərarını dayandırsa da, keçmiş ittifaq münasibətlərinin bərpa edilməsi çətin məsələdir.

ABŞ-ın müttəfiq olduğu ölkələrdə də Amerika ilə bağlı düşüncələr mənfiyə doğru dəyişib. “Qlobal liderlik” araşdırmalarına görə, ABŞ Çin və Rusiya ilə demək olar ki, bərabər səviyyələrə düşüb. Bayden administrasiyası guya ABŞ-ı qlobal liderlik roluna qaytarmaq və Avropa ilə müttəfiqliyini bərpa etmək istəyir. Lakin Avropada ABŞ-a qarşı olan hisslər bu istiqamətdə deyil. Bayden sonuncu açıqlamalarında, “Amerika dünya səhnəsinə geri qayıtdı”, deyərək Tramp siyasətinin sona çatdığına eyham vurub. Avropalılar Trampın getməsindən məmnundurlar. Lakin bu, ABŞ-Avropa ittifaqını bərpa etmək üçün kifayət deyil. AB-nin lider ölkələri bütün yumurtaları ABŞ-ın səbətinə qoymaq istəmirlər. Həmin gün Atlantik Şurası Forumunda çıxış edən Fransa prezidenti Makronun Avropa üçün “Strateji Muxtariyyət” deməsi də çox təəccüblü idi.

Xarici Əlaqələr Şurası (CFR) Amerika siyasi elitasının çərçivə təşkilatıdır. Avropa Birliyinin də bir CFR-si var. Avropa Xarici İşlər Şurası (ECFR) müəyyən aralıqlarla ictimai rəy sorğuları keçirir. Bu yaxınlarda ECFR direktoru Mark Leonardın “Amerika Gücünün Böhranı” adlı bir məqaləsini gördüm. Leonardın bolqarıstanlı politoloq İvan Krastevlə birlikdə yazdığı başqa bir məqalənin başlığı isə “Avropalılar Bayden Amerikasını necə görürlər?” adlanırdı.

ABŞ-ın həm demokratiya böhranı, həm də güc böhranı yaşadığını vurğulayan Leonard ECFR-in hazırladığı bir sorğuya istinad edir. Leonard və Krastevin analizləri anket nəticələrindən daha vacibdir. Anketə görə, avropalılar Co Baydenə rəğbət bəsləsələr də, bu, gələcək münaqişələrdə avtomatik olaraq ABŞ-a dəstək verəcəkləri mənasına gəlmir. AB-nin ən vacib ölkələrində yaşayan çoxluğun fikrincə, Amerikanın siyasi sistemi pozulub. Avropalılar yeni bir Trampın gələcəyini düşünürlər. Leonardın fikrincə, Avropada ABŞ-a qarşı olan “emosional geosiyasət” ciddi şəkildə dəyişib və bu, yalnız Trampla əlaqəli deyil.

ECFR araşdırmalarında diqqət çəkən bir digər nəticəyə əsasən, avropalılar öz müdafiələrinə yatırım etməli olduqlarını düşünürlər. Vaşinqtonun etibarına və gücünə inamsızlığın artması Atlantik İttifaqının mahiyyətini dəyişdirib. Avropalılar hökumətlərinin ABŞ-Rusiya ya da ABŞ-Çin arasındakı bir qarşıdurmada bitərəf qalmalarını istəyirlər. Avropalılar, eyni zamanda bir tərəfdə Çinin yer aldığı “iki qütblü dünya nizamına” qayıtmaq istəmirlər. Sovet İttifaqı Soyuq Müharibədə məğlub olsa da, Yeni Soyuq Müharibənin fərqli nəticələri ola bilər. ECFR sorğusunda iştirak edən hər 10 nəfərdən 6-sı Çinin ABŞ-dan daha güclü olacağını düşünür. Bir çox avropalı artıq ABŞ-ın dünyanı formalaşdırma qabiliyyətinə şübhə edir. İndi özləri haqqında daha müsbət fikirdə olan avropalılar Amerikanın gücünə və siyasi sisteminə daha çox şübhə ilə yanaşırlar.

Leonardın fikrincə, Transatlantik İttifaqını canlandırmaq və dəyişdirmək üçün bənzərsiz bir fürsət var. Ancaq bu fürsət əsassız “bərpa” və “ikiqütblülük” vədləri ilə ələ keçirilə bilməz. Yalnız ABŞ-Avropa ittifaqı dünyanı yenidən formalaşdırmaq üçün kifayət deyil. Bu səbəbdən, yeni bir “Atlantikçiliyə” ehtiyac var. Leonardın analizindən anlaşıldığı kimi ABŞ-ın “mən necə hərəkət edirəmsə, hər kəs də mənimlə birgə hərəkət edər” düşüncəsi artıq keçmişdə qalıb.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Avropa Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar