Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika qayıdır!”: Bayden xarici siyasət kursunu açıqladı

ABŞ prezidenti Co Bayden fevralın 4-də Dövlət Departamentində ölkənin yeni xarici siyasət kursunu elan edib. Prezident çıxışında Çin və Rusiyanın “avtoritarlığına” qarşı çıxacağını və dünya müttəfiqləri ilə bağları yenidən möhkəmləndirəcəyini deyib.

“Amerika qayıdır”, “diplomatiya qayıdır” şüarlarını səsləndirən prezident, Donald Tramp administrasiyasının dörd ilindən sonra ölkənin xarici siyasətinin gələcək istiqamətlərinə aydınlıq gətirib.

Özünün əsas xarici siyasət prioritetlərini açıqlayan Bayden deyib ki, Almaniyadakı ABŞ qoşunlarının ixtisarını dayandıracaq və bundan sonra Səudiyyə koalisiyasının Yəməndəki əməliyyatlarına dəstək verməyəcək. Bayden əlavə edib ki, o habelə ABŞ-a gələn qaçqınların say limitini 125 minə qaldıracaq.

O habelə işarə edib ki, Trampın zamanında zəifləmiş müttəfiqlik bağlarını gücləndirəcək. Yeni prezident diplomatlara xarici siyasətinin tezislərini açıqladıqdan sonra xarici siyasətə həsr olunmuş geniş çıxış edib.

Rusiya məsələsinə toxunan Bayden deyib ki, prezident Vladimir Putinlə ilk telefon söhbətində ona ABŞ-ın Rusiyanın “aqressiv hərəkətləri” üzərindən sakitcə keçdiyi vaxtların başa çatdığı barədə xəbərdarlıq edib:

"Mən prezident Putinə, xələfimdən çox fərqli bir tərzdə bildirdim ki, Birləşmiş Ştatların Rusiyanın seçkilərə müdaxilələri,kiberhücumları, onun öz vətəndaşlarını zəhərləməsi kimi aqressiv hərəkətlərinin üzərindən ötüb keçdiyi vaxtlar artıq bitib”.

Onun Rusiya barədə qeydləri Vaşinqton və Avropa müttəfiqlərinin müxalifət siyasətçisi Aleksey Navalnının həbsi ilə bağlı yeni sanksiyalara hazırlaşdığı bir dövrə təsadüf edib. Bayden bu həbsi “siyasi” adlandırıb və antikorrupsiya fəalının dərhal azad olunmasına çağırıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Moskva bəzi sahələrdə əməkdaşlıq edə bilərlər. O misal kimi strateji silahlara nəzarətə dair Yeni START müqaviləsinin müddətinin uzadılmasını qeyd edib.

Bayden nitqində Çinlə münasibətlərə də geniş yer verib. O bildirib ki, ABŞ Asiya-Sakit okean coğrafiyasında iqtisadi, siyasi və hərbi qüdrətini gücləndirəcək. O Çini Birləşmiş Ştatların “ən ciddi rəqibi” adlandırıb, lakin deyib ki, qarşılıqlı faydalı məsələlərdə Pekinlə əməkdaşlıq edilə bilər. ABŞ prezidenti deyib ki, onun ölkəsi Çinin iqtisadi qanunsuzluqlarına, insan haqlarını pozmasına, Pekinin intellektual mülkiyyətə və qlobal idarəçiliyə hücumlarına qarşı çıxacaq. (virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay