Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə yenidən alovlanan irqçilik problemi...

İsrail vətəndaşı olan müsəlmanlar, xristianlar, durizlər, bəhailər, hindular və buddistlərəqarşı əslində ikinci dərəcəli vətəndaşlar kimi davranırlar...

Hüseyin Şubuksi
“Şarkul Avsat” qəzeti, 31 yanvar 2021-ci il

İsraili işğalçı bir dövlət olmaqda və irqi ayrı-seçkilikdə ittiham etmək yeni bir şey deyil. İsraili irqçi bir rejim kimi ifşa edən onlarla konfrans, seminar, məqalə, mətbuat araşdırması və sənədli filmlər var. Bütün bunlar onlarla qurbanın ifadələri, təhlükəsizlik və məhkəmə orqanlarının əməliyyatları sayəsində sübuta yetirilib. Buna görə də, bu günkü ittihamlar mövcud vəziyyətə yenilik gətirmir, əksinə faktları təsdiqləyir və daha aydın şəkildə ortaya qoyur. Ancaq bu dəfə tamamilə fərqli bir şey oldu. Bunu araşdırmaq və dərinliklə təhlil etmək lazımdır.

Jurnalist Maşa Gessenin “The New Yorker”in son sayında “Nə üçün İsrail mərkəzli bir İnsan Hüquqları Təşkilatı İsraili irqçi bir dövlət kimi xarakterizə edir”, başlıqlı məqaləsi dərc edilib. Bu uzun və ətraflı məqalə İsrail rejiminin yəhudi olmayan vətəndaşlara qarşı ciddi təzyiq və təqib hallarını “B'Tselem”in yanaşması ilə təqdim edir. İsrailin azadlıq, ədalət və demokratiyadan uzaq olan tətbiqləri Qərbdəki müttəfiqləri tərəfindən də dəstəklənir.

İsraildə yəhudilikdən başqa, müxtəlif dinlərə və etnik qruplara xas olan vətəndaşlar var. İsrail vətəndaşı olan müsəlmanlar, xristianlar, durizilər, bəhailər, hindular və buddistlərə qarşı əslində ikinci dərəcəli vətəndaşlar kimi davranırlar.

Prezidentdən baş nazirə, müdafiə nazirindən təhlükəsizlik qüvvələrinin rəhbərinə qədər bütün vacib vəzifələrdə yəhudilər var. İsrail solçuları da bu vəziyyətdən şikayət etməyə başlayıblar. Əhalidəki demoqrafik inkişaf İsrail yəhudilərinin lehinə olmadığı üçün, xüsusilə qeyri-yəhudi əhalinin artım sürəti İsrail yəhudilərinin heç marağında deyil.

Ədalət, azadlıq, bərabərlik və demokratiya anlayışlarını həyata keçirmək üçün ideal həll yolu din deyil, əksinə bütün vətəndaşlarına bərabərlik və ədalət zəminində yanaşan dünyəvi dövlət sistemidir.

Keçmiş İsrail baş naziri İshaaq Rabinin öldürülməsindən sonra İsraildə solçu qüvvələrin yoxa çıxması ilə siyasi səhnədə üstünlük təşkil edən dini və sionist qüvvələr bu həll yolunu rədd etdilər. Beləliklə, İsraildə radikal sağçıların hakimiyyəti ilə irqçi tətbiqlər daha şiddətli hala gəlib və görünür, İsraildəki insan hüquqları təşkilatları da artıq buna dözə bilmirlər.

“B'Tselem”in insan hüquqları ilə bağlı mövqeyini ABŞ-dakı yəhudilərin son prezident seçkilərindəki münasibətindən ayrı tutmaq olmaz. ABŞ-dakı yəhudilərin 77%-dən çoxu yeni prezident Co Baydenə səs verdi. Bu o deməkdir ki, İsrailin baş naziri Binyamin Netanyahunun siyasətləri ən azı nəzəri cəhətdən mütləq şəkildə dəstəklənmir.

İsraildə irqçilik tarixi yeni problem deyil. Aşkenazi yəhudiləri ilə səfərad yəhudiləri arasında, xüsusən də ərəb ölkələrindən olan irqçi tətbiqləri ortaya qoyan kitablar var. Bu tarixi həqiqətlər Reyçl Şabinin “Biz düşmən kimiyik: Ərəb ölkələrindən İsrail yəhudilərinin gizli hekayəsi” adlı kitabında açıqlanır.

İrqçilik heç vaxt bir həll yolu olmayıb. Nasistlərin Almaniyadakı ağır və qanlı təcrübəsi, Cənubi Afrikadakı humanitar və siyasi faciə və ABŞ-da vətəndaş müharibəsinin başlamasına səbəb olan şiddətli irqçilik kimi qarşımızda duran müxtəlif tarixi nümunələr var. Bu gün İsrailin “beynəlxalq səviyyədə icazə verilən sərhədlər xaricində hərəkət etdiyini” tam olaraq başa düşən çox az insan var. İrqçiliyə heç bir şəkildə haqq qazandırmaq olmaz.

Dini müqəddəslik, etnik müxtəliflik və iqtisadi cəhətdən güclü olmaq irqçiliyi müdafiə etmək üçün bir səbəb kimi irəli sürülə bilməz. İrqçilik anlayış adından və formasından və nə qədər gözəl göstərildiyindən asılı olmayaraq, həmişə irqçilik olaraq qalacaq. “New Yorker”dəki məqalə çox vacib bir siyasi mesajdır. Bunun nə qədər ciddi olduğunu görmək üçünsə cəmi bir neçə gün qalıb.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay