Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask indi dünyanın ən varlı adamı deyil

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask “Forbes” jurnalının planetin ən varlı insanları reytinqindəki liderliyini itirib. Bununla belə, “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index”də (BBI) liderliyini qoruyub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, “Forbes Real-Time”ın məlumatına görə, Maskın sərvəti bir günə 13,5 milyard ABŞ dolları azalaraq 176,2 milyard ABŞ dollarına düşüb. O, reytinqdəki liderliyini sərvəti 182,1 milyard ABŞ dolları olaraq qiymətləndirilən “Amazon”un qurucusu Ceff Bezosa verib.

Qeyd edək ki, dünən ABŞ-ın əsas fond indeksləri azalıb, “Tesla”nın səhmləri isə 7,8% azalaraq bir səhm üçün 811,19 ABŞ dolları səviyyəsinə düşüb. Bu isə Maskın rifahının əsasını təşkil edən amildir.

“Forbes” reytinqində ilk beşlikdə həmçinin “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno (154,6 milyard ABŞ dolları), “Microsoft”un qurucusu Bill Geyts (121,4 milyard ABŞ dolları), “Facebook” qurucusu Mark Tsukerberq (94 milyard ABŞ dolları) qərarlaşıb.

Eyni zamanda, BBI Maskın sərvətini 194 milyard ABŞ dolları (gündəlik azalma 15,6 milyard ABŞ dolları), Bezosun sərvətini isə 183 milyard ABŞ dolları (azalma 3,65 milyard ABŞ dolları) olaraq qiymətləndirib. Biznesmenlər reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri tutublar.

pia.az


Etiket: İlon Mask

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar