Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya bu statusla fitnə-fəsad törədirsə..." – İqbal Ağazadə

Rusiyanın sülhməramlı yox, istilaçı, işğalçı olduğunu hamı bilir və tarixdən də oxuyub. 44 günlük müharibədən sonra da Rusiya "sülhməramlı"larının niyə və necə gəldiyini hamı çox gözəl anlayırdı. Heç kim müdrik görkəm alıb, "mən deyirdim axı" yazmasın. Əgər Rusiya indi bu statusla fitnə-fəsad törədirsə, əmin olun, 10 noyabrda daha böyük qanunsuzluqlar və qəddarlıqlar edəcəkdi. Tarixən etdiyi kimi...”

PİA.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

“Bütün bunları bilə-bilə hələ də kimlərsə bir-birinə nəyisə sübut etməyə çalışır. Biriləri Rusiya qoşunlarının mahiyyətindən yazanda onu xəyanətkar elan edirdilər, biriləri də indi yeni cəbhə açmağa çalışır. İndi "nə etməli?" sualına cavab tapmaq lazımdır. Həm də iqtidar ya müxalifət, vətəndaş cəmiyyəti ya media olaraq yox, XALQ olaraq... Necə ki, döyüşlər gedən günlərdə əl-ələ, çiyin-çiyinə dayanmışdıq, bu gün ondan daha çox birliyə ehtiyacımız var. Biz torpaqlarımızın əksər hissəsini işğaldan azad etməklə böyük zəfərə imza atmışıq. Müharibə isə davam edir. İndi daha çox masada... Onu qazanmağın yollarını aramalıyıq” – İ.Ağazadə qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar