Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan siyasi-diplomatik tələlərə düşməməlidir” - Sülhəddin Əkbərdən Moskvada baş tutacaq görüşə şərh

Bu gün Ermənistanın sərgilədiyi mövqe Rusiyanın mövqeyi ilə nə qədər üst-üstə düşür?...

Milli təhlükəsizlik nazirinin sabiq müavini: “Azərbaycan döyüş meydanında əldə etdiyi uğurları masada da davam etdirməlidir və masada Türkiyəsiz hərəkət etməməlidir”.

Rusiyanın Qarabağ münaqişəsinin bu fazasında əsas məqsədi Ermənistanda onun maraqlarına cavab verməyən Paşinyan rejiminin devirilməsi və “Kazan” prinsiplərinin hər iki tərəfə qəbul etdirilməsidir”.

Bu sözləri Milli təhlükəsizlik nazirinin sabiq müavini, siyasi analitik Sülhəddin Əkbər bu gün Moskvada AzərbaycanErmənistan xarici işlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə keçirəcəyi məsləhətləşmələri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların başlaması üçün müxtəlif sxemlər üzərində iş gedir.

“Onlardan biri bizim tərəfimizdən Moskvada Rusiya, AzərbaycanErmənistan xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşünün keçirilməsi təklifidir. Biz tərəflərlə bu formatda danışıqlara başlamağın mümkün müddəti barədə məsləhətləşmələr aparırıq. Bu istiqamətdə atılan bütün addımlar barədə ictimaiyyəti məlumatlandıracağıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xatırladaq ki, bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyə Azərbaycanın xarici işlər naziri Ceyhun Byramovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın görüşü olacaq. Görüş Qarabağdakı son vəziyyətə həsr olunacaq.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ümumi şəkildə bu gün Ermənistanın sərgilədiyi mövqe Rusiyanın mövqeyi ilə nə qədər üst-üstə düşür? Həmçinin Moskva Yeravanı təsirli güzəştlərə məcbur edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Düşünmürəm ki, Moskva münaqişəsinin məhz Paşinyan dövründə həllində maraqlı olacaq”.

Rusiyanın hazırda cəbhə bölgəsində olan vəziyyəti, real de-fakto durumu da nəzərə alıb bir qədər korrektə edəcəyini düşünən Sülhəddin Əkbər PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiya Azərbaycanla bağlı öz strateji hədəfindən vaz keçməyəcək:

“Təbii ki, hər bir dövlətin öz maraqları var. Xüsusən də Rusiyanın Qafqazda, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda xüsusi maraqları var. O da məlumdur ki, Rusiyanın Qarabağ münaqişəsində xüsusi marağı var.

Mənim öncədən düşüncəm bundan ibarətdir ki, Rusiyanın Qarabağ münaqişəsinin bu fazasında əsas məqsədi Ermənistanda onun maraqlarına cavab verməyən Paşinyan rejiminin devirilməsi və “Kazan” prinsiplərinin hər iki tərəfə qəbul etdirilməsidir. Rusiya bu məqsədlərini davam etdirəcək. Amma Rusiya hazırda cəbhə bölgəsində olan vəziyyəti, real de-fakto durumu da nəzərə alıb bir qədər korrektə edəcək. Çünki artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Hətta münaqişə bölgəsindəki de-fakto durum da əvvəlki deyil.

Sülhəddin Əkbər: “Necə ki, döyüş meydanında Azərbaycan Rusiyanı Türkiyə vasitəsilə neytrallaşdırdı, eyni strategiya siyasi-diplomatik sahədə də izləməlidir”.

Amma bu da o demək deyil ki, Rusiya Azərbaycanla bağlı öz strateji hədəfindən vaz keçib. Bir daha təkrar edirəm ki, Rusiyanın əsas məqsədi Paşinyan rejiminin Ermənistanda devrilməsi və Azərbaycanın, Ermənistanın “Kazan” prinsipləri əsasında münaqişənin sülh variantını qəbul etmələridir. Bununla da sülhməramlı adı altında Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsidir.

Təbii ki, Ermənistan artıq əvvəlki maksimalist planlarından vaz keçməli olacaq. Buna görə də Rusiya ilə Ermənistanın konkret bu halda maraqları üst-üstə düşməyəcək. Eyni zamanda düşünmürəm ki, Moskva münaqişəsinin məhz Paşinyan dövründə həllində maraqlı olacaq. Buna görə də Azərbaycan siyasi-diplomatik tələlərə düşməməlidir. Azərbaycan döyüş meydanında əldə etdiyi uğurları masada da davam etdirməlidir və masada Türkiyəsiz hərəkət etməməlidir. Necə ki, döyüş meydanında Azərbaycan Rusiyanı Türkiyə vasitəsilə neytrallaşdırdı, eyni strategiya siyasi-diplomatik sahədə də izləməlidir. Yəni masada da Rusiya Türkiyə vasitəsilə ilə neytrallaşdırılmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar