Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan silahlı qüvvələri mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə təsərrüfat sahəsində yanğna səbəb olub. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Sarıcalı kəndində vətəndaşa məxsus fərdi yaşayış evi yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Mərmi düşməsi nəticəsində Bərdə şəhərində vətəndaşa məxsus evin yanar konstruksiyaları və həyətyanı sahədəki köməkçi tikili yanıb. Bir nəfər həlak olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

Ən çox oxunanalar