Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılov: “Varlının avtomat görməyən balası səngərdə yalnız maneə olacaq”

“Biz müharibəyə hazır olmalıyıq. Əminəm ki, müharibə olacaq, qaçılmazdır. Müharibəni biz etməsək də, bizə qarşı edəcəklər. ErmənistanRusiya edəcək, bunu bilmək lazımdır”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində videomüraciətində deyib.

A.İsmayılov qeyd edib ki, Tovuz, Şəmkir istiqamətindəki qaz, neft kəmərləri düşmən gözündə “mazol”dur: “Rusiyanın Şimal-2 dəhlizini, yəqin ki, bağlayacaqlar. Biz bütün bunlara hazır olmalıyıq. “Kasıb-varlı balası” söhbətlərini etmək lazım deyil. Bu gün bunun yeri deyil. Bu vətən hamınındır, həm kasıbın, həm də varlınındır. Şüarlar ki səsləndirilir, varlıların balaları hökmən hərbi xidmətə aparılmalıdır – bunu düzgün saymıram. Çoxları buna görə məni qınayacaqlar... Həmin o varlının səngər, avtomat görməyən balası orada yalnız maneə olacaq. Varlılara müraciət edirəm, bu ölkəni çapdınız, taladınız, viran qoydunuz, borcunuzu qaytarın. İmkanlı şəxslər yaşadığı kənddə, qəsəbədə Qarabağ qazilərinə, şəhid ailələrinə sahib çıxmalıdırlar. Müharibəyə hazır olmalıyıq. Hərbi xidmətdən yayınan məmur balaları, əgər istəyirsinizsə ki, gələcəkdə həmyaşıdlarınız barmaq soxub gözünüzü çıxarmasın, bacardığınızı edin. Müharibə şəraiti elədir ki, hər kəs bacardığını etməlidir. Dünya şöhrətli alimi əlinə avtomat verib səngərə salmaq lazım deyil, onun başqa yerdə daha çox faydası olar. Milyonlara sahib şəxsin övladını müharibəyə yollasaq, o da yanında 10 cangüdən aparsa, bunun müharibəyə heç bir faydası olmayacaq. Bunların xeyirləri daha çox o olar ki, yığdıqlarını xərcləsinlər. Deputatların hamısı ön cəbhədə olmalıdırlar, yəni seçildikləri rayonlardakı imkansızlara kömək etməlidirlər".(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Paris-2024: Fəxri kürsüyə qalxan, amma medal almayanlar

Ən çox oxunanalar