Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir koronavirusla bağlı tibbi tullantıların məhv edilməsindən danışdı

40 kubmetr kül tullantısı daşınaraq, Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib...

“Mart ayından bugünədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxanalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

O qeyd edib ki, AQTA tərəfindən zərərsizləşdirilən – cənub zonasında 13 nöqtədən təqribən 150 kubmetr, ETSN tərəfindən zərərsizləşdirilən – digər 37 nöqtədən təqribən 2 054 kubmetrdir:

“Bu zaman əmələ gəlmiş təqribən 40 kubmetr kül tullantısı daşınaraq, Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Bu işlər bu gün də davam etdirilir”.

Nazirin sözlərinə görə, pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir:

“Bu baxımdan, nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub. Ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir.

Həmin tullantıların utilizasiyasını təşkil edir. Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir.

Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd A, B, C və D sinfinə bölünür. B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb”.

“Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək, nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır (B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır). Tullantılar xüsusi avtomaşınlarla daşınaraq, müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar