Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

69 yaşlı memar yadpalnetlilər tərəfindən oğurlandığını iddia edir

Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır...

Belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır. O, yadplanetlilərlə görüşdüyünü iddia edir. Onun sözlərinə görə ilk dəfə o, 1995-ci ildə uçan boşqab tərəfindən qaçırılıb. Amma bu uzun müddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.

Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görür. Eyvana çatanda həmin işıq qəfildən sönür. Beləliklə eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü uçan boşqabın içərisində görür. Uçan boşqabı təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasinda və onların üçbarmaqlı olduğularını qeyd edir.

Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırdılar və o bədənin boşaldığını, zəiflədiyini hiss edib.

Telepatik yolla onlara “mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin sürətini çıxartdıqlarını söylədilər və beynin sol yarımkürəsindəki epifiz vəzinin gücləndirdiklərini dedilər. Onun sözlərinə görə beyninin işləmə qabiliyyəti onları qane etməsəydi o zaman onu geri qaytarıb beynini pozacaqdılar ve qəhrəmanım heç nəyi xatırlamayacaqdı.

Salman müəllimin iddialarına görə Yer kürəsini onlar canlandırıb. O, qeyd etdi ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğuladı ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.

Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd etdi. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğuladı. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini dedi.

Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söylədi. Onun sözlərinə görə Günəş şüaları yenicə çıxan zaman həmin uçan boşqab qəhrəmanımızı götürdüyü eyvana geri gətirdi. Salman Cavadovun sözlərinə görə növbəti görüş də gözlənilir və o, əbirsizliklə həmin günü gözləyir. (yenisabah)

pia.az


Etiket: yadplanetlilər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar