Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın qeyri-neft ixracının üçdə bir hissəsindən çoxu Rusiyanın payına düşür

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 15,98 milyard dollar həcmində mal ixrac edib...

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ixracatın 29,4 faizi İtaliya, 13,8 faizi Türkiyə, 6,9 faizi İsrail, 5,7 faizi Hindistan, 4,9 faizi Almaniya, 4,2 faizi Çin və İspaniya, 3,4 faizi Rusiya, 3,2 faizi Fransa, 2,9 faizi Gürcüstan, 2,8 faizi Çexiya, 2,3 faizi Böyük Britaniya, 2,1 faizi Portuqaliya, 1,9 faizi Ukrayna və 12,3 faizi digər ölkələrin payına düşür.

Qeyri-neft sahəsində ixrac olunan məhsulun 33,9 faizi Rusiya, 20,6 faizi Türkiyə, 9,4 faizi İsveçrə, 8,4 faizi Gürcüstan, 2,5 faizi Ukrayna, 2,3 faizi İtaliya, 2,2 faizi Çin və Yunanıstan, 1,4 faizi İran və Niderlandın payına düşüb.

Hesabat dövründə təzə meyvələrin ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz, şəkər ixracı 45,6 faiz, tütün ixracı 1,8 dəfə, meyvə və tərəvəz sularının ixracı 30,6 faiz, çay ixracı 7,1 faiz, marqarin və qidaya yararlı digər qarışıqların ixracı 42,2 faiz, pambıq lifi ixracı 52,4 faiz, pambıq ipliyi ixracı 34,9 faiz, emal olunmamış alüminium ixracı 29,1 faiz, polietilen ixracı 10,1 faiz və bentonit gili ixracı 12,1 faiz artıb.

Eyni zamanda, təzə tərəvəz ixracı 7,3 faiz, kartof ixracı 7,2 faiz, bitki yağı ixracı 18,1 faiz, meyvə və tərəvəz konservi ixracı 0,4 faiz, şərab ixracı 22,5 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, qara metallardan boru ixracı 82,7 faiz azalıb. (Trend)

pia.az


Etiket: DGK Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ən çox oxunanalar