Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın iri ranqlı məmurlarının məktəb biznesi

Təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Azərbaycanın yüksək vəzifəli məmurlarının məktəb biznesindən yazıb...

Ekspert iddia edir ki, məktəb biznesi olanlar keçmiş və hazırda da yüksək postlar tutan məmurlar, onların ailə üzvləridir.
Maraqlıdır, təhsil haqqı üçün yüksək ödənişlər tətbiq edən həmin məktəblərdən Vergilər Nazirliyi nə qədər vergi toplaya bilir? Məlumat üçün bildirək ki, hazırda ekspertin də iddia etdiyi məktəblərdən birində - prezidentin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbəri olduğu Kaspi liseyində qara mühasibatlıq olması və vergidən yayınma ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi istintaq olunur.

E.Əliyevin yazısını təqdim edirik: "Orta məktəb biznesi artıq şadlıq evi və restoran biznesini kölgədə qoyub. Oliqarx Arif Qaraşov (kupça Arif) orta məkəb açıb, Əli Həsənovun arvadı Orta məktəb (Kaspi liseyi) açıb. Kəmaləddin Heydərovun oğlu "Avropa Azərbaycan məktəbi" açıb, pulgir və tamahkar Hamlet İsaxanlı universitetdəki keyfiyyətsiz təhsildən yığdığı pullar hesabına "Dünya" məktəbi açıb. İndi eşitdim ki, Misir Mərdanov Yasamal rayonunda Orta məktəb açıb. Fantastik qiymətlərə ödənişli orta təhsil şəbəkəsi genişlənir. Dövlətdən, vətəndaşdan çırpışdırdıqları milyonlardan özlərinə təhsildən biznes qururlar. Bir nəfər də olsun İstedadlı kasıb balasını məktəbə yaxın buraxmazlar. Hökumət bunları məcbur etməlidir ki, yığılmış milyonların hesabına kəndlərdə uçub-dağılmış bir neçə məktəbi də təmir etsinlər... Keçmiş vergilər naziri Fazil Məmmədov bir qədər irəli gedərək "Azərbaycan" universitetini almışdı". (criminal.az)

pia.az


Etiket: Etibar Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay