Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək” – İranın XİN rəhbəri

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Vaşinqtonu kibermüharibəni başlamaqda ittiham edib

“Report” xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Zərifdən Amerika kəşfiyyat xidmətinin İranın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışan ölkələr sırasına daxil olması barədə bəyanatlarını şərh etmək xahiş edilib.

“Bizim sizin seçkilərinizə müdaxilə etmək üçün üstünlüyümüz yoxdur. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, amma kibermüharibə gedir”, – deyə İranın naziri cavab verib.

O, vurğulayıb ki, kibermüharibəni ABŞ İranın nüvə obyektlərinə “təhlükəli və məsuliyyətsiz” hücüm edərək başlayıb. Zərifin fikrincə, bu, milyonlarla insanın həlak olmasına gətirib çıxara bilərdi.

Bununla yanaşı, nazir ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün hazırlanan “Stuxnet” virusunu xatırladıb.

Zərif həmçinin vurğulayıb ki, “ABŞ başladığı heç bir müharibəni bitirə bilməyəcək”.

pia.az


Etiket: Cavad Zərif

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay