Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gizli prezident - Trampın arxasındakı görünməyən güclər nələr planlayır?

ABŞ İran məsələsində planını qurub. Ya iqtisadi sanksiyalar yolu ilə rejim dəyişikliyi olacaq, ya da hərbi əməliyyat yolu ilə rejim dəyişdiriləcək...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 27 iyun 2019-cu il

Bu gün proseslərə çox dar və əlverişsiz çərçivədən baxırıq. Belə olduqda isə vəziyyəti başa düşməkdə çətinlik çəkirik. Bəzən lazımi qədər açıq yaza bilmirəm. “Niyyətimlə mənzilim” uyğun gəlməyə bilər. Lakin heç kimi incitməmək üçün ad çəkməsəm də, lazım olanları çatdırdığımı düşünürəm.

Türkiyə bir oyunun ortasında hakim kimi dayanıb. Yəni oyunun içinə daxil deyil və boksçulardan birini seçəcək. Bundan qaçış yoxdur. Söhbət ABŞ-dan və Çindən gedir.

Oyun sahəsi də Türkiyə, Avrasiya və Orta Şərqdir. Son illərə nəzər saldıqda görürük ki, Vaşinqtonla aramızda soyuqluq var. Ard-arda bir çox hadisələr baş verib və iki paytaxt bir-birindən uzaq düşüb. Türkiyə də Avrasiya və Çinlə olan yaxınlığını gücləndirib. Səhv etmirəmsə, keçən ayın son günü Ankarada önəmli bir iclas keçirilib.

Bir hoteldə keçirilən iclasa Çin Xalq Respublikasının Türkiyədəki səfiri Deng Li, siyasi katib köməkçisi Vanq Fei, Media və Beynəlxalq Münasibətlər üzrə katibi Xie Xinxing, İqtisadiyyat və Ticarət üzrə attaşesi Li Qian da iştirak edib. Vətən Partiyasının dəvəti ilə baş tutan görüşdə önəmi türk səlahiyyətliləri də vardı. Bunlardan birincisi Murad Ülker idi və dedikləri çox önəmli idi. Murad bəy o görüşdə konkret danışıb: “Hamımız Çinin tərəfindəyik. Bu, çox böyük təşəbbüsdür. Mütləq hava, quru, dəniz yollarının inkişaf etməsi üçün İpək Yolundan istifadə etməliyik”.

Murad bəy çox önəmli biridir. Londonda şirkətləri olan, Türkiyənin ən öndə gedən iş adamlarındandır və Çini müdafiə edir. O, böyük ölçüdə türk iş dünyasının istiqamətini müəyyənləşdirir. Ona görə də, onun bu addımı unudulmamalıdır.

Murad bəy çox əvvəldən Çinə investisiya qoymaq istəyirdi. İpək Yolu və Çin ABŞ-a qarşı qurulan bir dünyadır. Müharibə bu yol üçün aparılırdı. Türkiyənin çox önəmli investorları Çinlə işləmək istəyir.

Bu, çox önəmli və həyati bir seçim idi. Çünki İngiltərədə Müdafiə naziri Qevin Uilyamson “Huawei”yə məlumat ötürmək üçün gedirdi və baş nazir Tereza Mey ABŞ-ın başını qatdığı üçün yerində dayana bilmirdi...

Almaniya da, Fransa da, “Huawei”yə qarşı addımlar atmağa məcbur qalırdı. Məsələn, “Vodafone” şirkəti “Huawei” ilə birlikdə işləməyəcəyini elan etmişdi. Daha önəmlisi isə ingilis kəşfiyyatının sabiq rəhbərlərindən olan Riçard Diirlov “Kommunist partiyası ilə “Huawei” şirkətinin münasibətini unuda bilmərik. Casusluq məsələsində ABŞ kimi düşünməliyik. 5G strukturu işlərində “Huawei”-dən uzaq durmaq lazımdır. Bizim üçün doğru yol budur”, deyirdi. Yenə kəşfiyyatın içindən gəlib bunun əksini iddia edən çox insan vardı. Bəlkə də, bütün ölkələr Çin məsələsində iki yerə bölünüb. Həm siyasi, həm də iqtisadi cəhətdən.

ABŞ da belədir. Məsələn, Tramp “Hilari gəlsəydi, Çin burada bizi yox edərdi”, deyəcək qədər ağ eləyib. Lakin qızının Çinlə münasibətləri vardı. Yəni ailələr belə iki yerə bölünüb.

İpək Yolu ilə 65 ölkə ticarət, pul, qazanc, sərhədlər, bankçılıq, vətəndaşlıq anlayışlarını yenidən qazana bilər və hər şey yenidən inşa edilə bilər.

ABŞ-da olan bir qrup şəxs isə bunun əleyhinədir. Bütün məsələ də elə budur. Çin Baş Konsulunun İmamoğluna gedən ilk şəxs olması bir təsadüfdürmü? Bəs ABŞ Baş Konsulluğunun təbrik mesajı nədir? İmamoğluna uğurlar arzulamaq nə deməkdir?

Buna fikir verməmək olmaz.

Çin problemi bizdə olduğu qədər, ABŞ-da da var. Özü də çox şiddətli şəkildə. Amerika Birləşmiş Ştatlarında Prezident çox önəmli bir fiqurdur. O, hər zaman ailəsi və yaşamı ilə göz önündə olub.

Klinton, Obama və Tramp bu profilə uyğun gələn şəxslərdir. Lakin arxa planda qalan, adı az eşidilən şəxslər Amerika sistemini dünyaya güclü bir şəkildə yeritməyə çalışırlar.

Bu şəxslərdən ən önəmlisi ABŞ Milli Təhlükəsizlik Şurası sözçüsü və Donald Trampın özəl köməkçisi Qarrett Markisdir. O, az və təsirli danışır. Bir müddət əvvəl Qarrett Markis “İtaliyaya səslənirəm: Çinin İpək Yolu layihəsini qanuniləşdirmək böyük bir səhvdir. İtaliya iqtisadi cəhətdən çox önəmli bir investisiya ölkəsidir və bunu yaddan çıxarmamalıdır”, deyib. Markis təkcə İpək Yoluna dəstək verən İtaliyaya səslənməyib, o, həm də 65 ölkəyə ultimatum verib.

Markis Trampın yanındadır. Lakin Trampı idarə etmək üçün oradadır. Trampın özünü yalançı çıxaran açıqlamalarının hamısında Markisin imzası var. Yəni Markis “gizli prezident”dir. İran əməliyyatının önəmini bilən və buna görə də, koalisiyanın qurulmasını istəyən də Qarrett Markisdir.

ABŞ Dövlət Katibinə diqqət yetirmək lazımdır. Onun gedə biləcəyi yerlər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Cənubi Koreya və Yaponiyadır. Tramp G-20-yə gedərkən o da ətrafı yoxlayırdı. İrana qarşı “Qlobal Əməliyyat Koalisiyası”nı o, qurur. Əgər istədiyi nəticəni ala bilsə, İranı çətin günlər gözləyir. Çünki ABŞ İran məsələsində planını qurub. Ya iqtisadi sanksiyalar yolu ilə rejim dəyişikliyi olacaq, ya da hərbi əməliyyat yolu ilə rejim dəyişdiriləcək.

Vaşinqton bu iki qərardan birində uğur qazanana qədər İran məsələsi bağlanmayacaq. İran əməliyyatının altında yatan həqiqət də artıq gizli deyil: Çindir.

ABŞ Çinə qarşı hər silahından istifadə edir. İran Çinlə etdiyi razılaşmaları ləğv etdiyini açıqlasa, o zaman yeni bir oyun qurulacaq. İran bu yeni oyunda ABŞ-ın qarşısında dayanmaz. Olmaz kimi görünən bu ehtimal Tehranda müzakirə edilir. Əlbəttə ki, Tehranda bu gün ölkəni idarə edən gücün bu qərarı verməsi içəridə də ciddi problemlərə yol aça bilər. İran asanlıqla hiylə edə bilən şahmat ustası ilə oynayır. Vəziyyət budur.

Çin Tehrana gizlicə dəstək verə biləcəyini deyib. Lakin İran əməliyyatında Pekinin Tehrana verəcəyi dəstək çox da önəmli olmayacaq. Bunu Tehran da bilir, Vaşinqton da. Qarrett Markis Çini İranın gizli müttəfiqi olaraq görür və mühasirə də buna görə başlayıb.

Bu həm Çini, həm də Avrasiya blokunu dağıda biləcək bir həmlə ola bilər. Əməliyyat keçirilsə, neft qiymətləri artar. Bundan da Çin zərər çəkər. İran isə sata bilməyəcəyi neftə görə sarsılar. Artan neft qiymətləri bizə də mənfi yöndə təsir edə bilər.

Oyun budur. Həm Avrasiya, həm də Çin hədəfdədir. ABŞ bunu təkbaşına bilərmi? Bunun cavabını isə hələ heç kim bilmir. İngiltərə qədər ağıllı bir ölkə belə işin içindən çıxa bilmir. Baş nazirini göndərir, amma “Huawei” məsələsində bir qərara gələ bilmir. Çox həssas bir durumdur.

Türkiyə Avrasiya üzərindən Çinlədir... Bəs Ərdoğan bu durumu dəyişə bilərmi? Bilmək olmur.

İçəridə böyük bir güc bu yöndə addım atmaq istəyir. Təbii ki, əksi də ola bilər. Yaxın zamanda rollar və tərəflər dəqiq şəkildə meydana çıxacaq. S-400 bizim mövqeyimizin dəqiqləşdiyi bir sahədir. Türkiyə ya Qərblə yollarını ayıracaq, ya da Qərbi buraxmamaq üçün əlindən gələni edəcək. Hadisələrə bir də belə baxaq.

İmamoğlunun seçilməsi də bu şəkildə dəyərləndirilməlidir. Bunun İmamoğlu ilə əlaqəli olduğunu demirəm. Lakin iki gücü də ələ almaq istəyirlər. Buna nümunə də çəkə bilərəm.

Məsələn, Gezi parkı hadisələrindəki rolu ilə diqqət çəkən Kristian Amanpur bu dəfə də ABŞ-dakı studiodan İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlundan müsahibə alıb. İmamoğlu Amanpurun suallarını Taksim məscidindən, Gezi parkından dəstək alaraq cavablayıb.

Dünyadakı bu müharibə hər yerdə davam edir. Necə ki, Çin baş konsulu İmamoğluna gözaydınlığı verməyə gəlirsə, Amanpur da oradan Taksimə keçir. Vəziyyət bu yerdədir. Hər bir addım Türkiyənin mövqeyini dəyişdirmək üçün atılır.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar