Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR qaz kəmərinin yaxınlığında yerləşən evlərə görə “Aztikintiyol”u məhkəməyə verib

SOCAR-ın qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin “Aztikintiyol” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məlumata görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində “Aztikintiyol” MMC tərəfiindən Qəbələ rayonunun Savalan kəndi ərazisində, qaz kəmərinin mühafizə zonasında kəmərdən 45 metr məsafədə inşa edilmiş gözətçi evinin və kəmərdən 41 metr məsafədə yerləşmiş vaqon evciklərin cavabdehin öz vəsaiti hesabına tam sökülməsi tələb olunur. Eyni zamanda həmin tikilinin mühafizə zonasından köçürülməsi və qaz kəmərinin mühafizə zonasının əvvəlki vəziyyətə qaytarılması şikayətdə öz əksini tapıb.

Hakim Orxan İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi və ona aid olan sənədlər geri qaytarılıb. Qərarda göstərilib ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.

İddia ərizəsinə görə, iddiaçının iddia tələbi üzrə cavabdeh “Aztikintiyol” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilinin ünvanı Qəbələ rayonunun Savalan kəndidir. Cavabdehin ünvanı ərazi aidiyyət baxımından Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid deyil.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar