Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqasında XIX tur qolsuz başlayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib

Açılış oyununda “Səbail” “Sumqayıt”ı qəbul edib. “Bayıl Arena”da keçirilmiş görüşdə hesab açılmayıb. Matç “Səbail” üçün erkən əvəzləmə ilə başlayıb. 1-ci dəqiqədə Vüqar Bəybalayev top uğrunda hava mübarizəsi zamanı Adil Nağıyevin dirsək zərbəsinə tuş gəlib. Nəticədə ağır zədələnən Bəybalayev meydanı xərəkdə tərk edib.

Görüşü Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç köməkçisi Arif Əsədovla birgə izləyib.

Qolsuz heç-heçə nəticəsində xallarını 31-ə çatdıran “Səbail” 3-cü pillədə qalıb. “Sumqayıt” isə qış fasiləsindən sonra ilk dəfə xal qazanmağı bacarıb. 16 xala malik “gənclik şəhəri” təmsilçisi “Keşlə” ilə bərabərləşsə də, şəxsi oyunlardakı üstün olmaması səbəbindən sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun növbəti oyunu “Neftçi” və “Sabah” arasında keçiriləcək. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq. Tura martın 3-də “Zirə” – “Qəbələ” və “Keşlə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.(Report)

pia.az


Etiket: Premyer Liqa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

İran müharibəyə hazırlaşır və kömək üçün Rusiyaya müraciət edib

YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb

Xameneinin Zəngəzur bəyanatı Nikola mesajdır - Şarmazanov

Ən çox oxunanalar