Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4-cü proqram – Hansı sahələrə sərmayə qoyulmalıdır?

İqtisadçı-ekspert: “Dövlət proqramları çərçivəsində regionlara böyük investisiyalar yatırılıb. Amma bu investisiyaların iqtisadiyyata transformasiyası lazımdır”

“Növbəti dövrlərdə dövlət proqramlarının icrası prosesində məsuliyyətlilik, hədəflilik və şəffaflıq əsas məsələlərdən biri olmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4-cü proqramın icrasının başlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Regionların sosial-iqtisadi inkişafına dair 3 proqramı başa vuran Azərbaycan, 4-cü proqramın icrasına başlayır.

Yeni proqramkənd yerlərini də əhatə edəcək. Bu proqram bölgələrdə yaşayan insanların təklifi nəzərə alınaraq hazırlanıb. Bu səbəbdəb daha effektiv olacağı düşünülür.

2019-2023-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişaf proqramı artıq dövlət başçısının fərmanı ilə təsdiqlənib və bu proqram öncəkilərdən bir sıra üstünlükləri ilə fərqlənir.

İnkişaf proqramın önəmli istiqamətlərindən biri sənayeləşmənin təşviqidir. Hazırda mövcud olan Sumqayıt Kimya, Pirallahı, Qaradağ, Balaxanı sənaye parkları artıq müasir tələblərə uyğun məhsul istehsalı ilə məşğuldur. Bundan əlavə, Masallı, Neftçala, HacıqabulSabirabadda da sənaye məhəllələri yaradılıb. MasallıNeftçala sənaye məhəlləsində artıq rezidentlər də fəaliyyət göstərməyə başlayıblar. Sənaye məhəllələrində fəaliyyət göstərən rezidentlərin artması həm sənayenin inkişafına dəstək verəcək, həm də xaricə daha ucuz başa gələn keyfiyyətli məhsul ixracına imkan yaradacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev regionların növbəti sosial-iqtisadi inkişaf proqramının dəyərinin 17 milyard manat olduğuna diqqət çəkmişdi. Bu vəsaitin 4.6 milyard manatdan çoxu sahibkarlar tərəfindən, 13 milyard manata yaxını isə dövlət tərəfindən müxtəlif sahələrə yatırılacaq. Bu vəsaitlərdən əlavə xarici investisiyaların cəlib edilməsi də nəzərdə tutulur. Bu isə sayca 4-cü olan proqramın icrasına ən az 20 milyard manata yaxın vəsaitin cəlb olunması deməkdir.

Yeni inkişaf proqramı hansı sahələri əhatə etsə, daha yaxşı nəticələr əldə etmək mümkün olar və yeni proqramın effektiv olacağına inanmaq olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Daha çox iqtisadi mühitin inkişaf etməsinə yönlənmək lazımdır”.

Son 3 ildə iqtisadiyyatla bağlı hüququ sferada müxtəlif istiqamətlərdə reformların hazırlandığını və onların təşfiq mexanizmlərinin yaradıldığını xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasından əlavə edib ki, iqtisadiyyatın dinamikasına diqqət etsək, biz nə infrastrukturun, nə reformaların iqtisadiyyata transformasiyasını tam olaraq müşahidə edə bilmirik:

“Təbii ki, növbəti dövrlərdə proqramın icrası zamanı daha dəqiq proqnozlaşdırma imkanı olacaq. Amma onu qeyd etmək lazımdır ki, istənilən halda yeni strateji proqram yeni çağrışlara və tələblərə uyğun hazırlanmalıdır.

Burada əsas məqsəd sadəcə infrastrukturun təkminləşdirilməsi deyil, eyni zamanda biznes, investisiya mühitinin inkişaf etdirilməsi, investisiya axınlarının yönləndirilməsi, urbanizasiya ilə hansısa formada mübarizə, məşğulluğun regionlara doğru genişlənməsi kimi məsələləri əhatə etməlidir. Çünki artıq Azərbaycanda 3 iri dövlət proqramı icra olunub.

Onu da qeyd edim ki, bu dövlət proqramları çərçivəsində regionlara böyük investisiyalar yatırılıb. Amma bu investisiyaların iqtisadiyyata transformasiyası lazımdır. Həmçinin də son 3 ildə iqtisadiyyatla bağlı hüququ sferada müxtəlif istiqamətlərdə reformlar hazırlanıb və onların təşfiq mexanizmləri yaradılıb.

Rəşad Həsənov: “İstənilən halda yeni strateji proqram yeni çağrışlara və tələblərə uyğun hazırlanmalıdır”.

Amma iqtisadiyyatın dinamikasına diqqət etsək, biz nə infrastrukturun, nə reformaların iqtisadiyyata transformasiyasını tam olaraq müşahidə edə bilmirik. Növbəti dövrlərdə dövlət proqramlarının icrası prosesində məsuliyyətlilik, hədəflilik və şəffaflıq əsas məsələlərdən biri olmalıdır.

Həmçinin qeyd etdiyimiz kimi daha çox iqtisadi mühitin inkişaf etməsinə yönlənmək lazımdır. Yəni iqtisadi mühit üçün infrastrukturdan liberal iqtisadiyyatın formalaşdırılması yolu ilə iqtisadi imkanlar formalaşsın. Son nəticədə əhalinin rifahı, regionlarda həyat standartlarının yüksəlməsi, iqtisadiyyatın regionalar şaxələndirilməsinin mümkünlüyü, urbanizasiya kimi problemlərinin aradan qaldırılması istiqamətində hədəf indiqatorlarına nail olunması mümkün olmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Ən çox oxunanalar