Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Avstriyaya qarşı araşdırmalara başlayıb

Avropa İttifaqı Avstriyaya qarşı müqavilə şərtlərini pozduğuna görə araşdırmalara başlayıb

Avropa Komissiyasının sosial məsələlər üzrə komissarı Marianne Tissen bildirib ki, araşdırmalara səbəb Avstriyanın uşaqlara görə ailələrə ödənilən müavinətlərin indeksləşdirilməsidir.

Pia.az AZƏRTAC-a istinadən bildirir ki, bir ildən artıqdır hakimiyyətdə olan koalisiyalı hökumət ailələrə ödənilən uşaqpulunun həmin uşağın yaşadığı ölkənin həyat şərtləri əsasında indeksləşdirilməsi barədə qərar qəbul etmişdi. Belə ki, valideynləri Avstriyada yaşayıb-işləyən, özü isə digər bir ölkədə yaşayan uşaqlar üçün uşaqlara müvafiq müavinət həmin ölkənin həyat şərtlərinə uyğunlaşdırılıb. Avstriya hökumətinin bu addımı valideynlərlə yanaşı, bir çox Şərqi Avropa ölkələrinin rəsmiləri tərəfindən etirazla qarşılanıb. İndiyədək yeddi Şərqi Avropa ölkəsi bu addımına görə Avstriyaya qarşı Avropa Komissiyasına şikayət ünvanlayıb. Uşaqlara görə ödənilən müavinətlərin indeksləşdirilməsi, ümumilikdə, 125 min uşağa şamil olunur və onların əksəriyyəti Slovakiya, Macarıstan, Polşa və Rumıniyada yaşayırlar. İndeksləşmə sayəsində Avstriya hökuməti hər il 114 milyon avroya qənaət etmək niyyətindədir.

Komissar Marianne Tissen bildirib ki, Avstriyanın indeksləşdirməyə dair qərarı olduqca qeyri-ədalətli yanaşmadır: "Avropa İttifaqında ikinci kateqoriyalı işçi kütləsi olmadığı kimi, ikinci kateqoriyalı uşaqlar da ola bilməz". Avropa Komissiyasının apardığı ilkin analizlər göstərib ki, Avstriyanın qəbul etdiyi bu qərar Aİ qanunları ilə ziddiyyət təşkil edir. Komissar qeyd edib ki, Avstriyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan şəxslər bu ölkənin sosial sisteminə öz töhfələrini verirlər və onların övladları harada yaşamasından asılı olmayaraq, müavinətləri tam şəkildə almaq haqqına sahib olmalıdırlar.

Rəsmi Vyana iki ay müddətində Avropa Komissiyasına yeni qaydalarla bağlı izahat verməlidir. Əgər məsələ qarşılıqlı anlaşma yolu ilə həllini tapmazsa, Avstriya dövlətinə qarşı Avropa Ədalət Məhkəməsi qarşısında iş açıla bilər.

Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss Brüsselin mövqeyinə görə narahatlıq keçirmədiklərini bildirib. O qeyd edib ki, Avstriya hökuməti qəbul etdiyi qərarı düzgün və Avropa qanunlarına konform hesab edir, eyni zamanda, Avropa Komissiyasının indeksləşməni yoxlamaq hüququnu da qəbul edir. Əgər komissiya Avstriyanın dəlillərini yetərli hesab etməzsə, o zaman yekun söz Avropa Ədalət Məhkəməsində olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar