Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə qiymətləri inhisarçılar diqtə edir - Səfər Mehdiyevdən etiraf

Ətraf ölkələrdə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb

Fed.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, söhbət bütün ölkələrdən, o cümlədən qonşu Türkiyə və İrandan gedir: «Həmin ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazım qərarlar verilir».

Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb: «Məsələn, İranda armaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir».

Komitə sədri bildirib ki, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan «Baku Steel Company»nin qorunmasına yönəlib: «Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi».

DGK sədrinin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb: «Biz daxili kartof istehsalçılarını qorumaq üçün bəlkə də dünyada ilk dəfə olaraq kartofa mövsümi rüsumlar tətbiq etdik. Bunun da nəticələri müsbət oldu».

“AzPolitika.info” qeyd edir ki, Gömrük Komitəsinin sədrinin bu fikirləri ölkədə qiymətləri inhisarçıların diqtə etməsinin rəsmən etirafı sayıla bilər. Ölkədə yeganə armatur istehsalçısı “Baku Steel Company» olduğundan, məhsulunu daxili bazarda istədiyi qiymətə satır. Gömrükdə xaricdən idxal olunan armatura onların tələb etdiyi qiymətdən rüsum hesablandığından, ölkəyə daha ucuz məhsul gətirilməsi mümkün olmur. Bunun adı inhisar deyil, nədir?

DGK sədrinin sözlərindən belə məlum olur ki, oxşar addımlar digər məhsullarla bağlı da atılır. Ölkədə bir çox sahələrin oliqarx-məmurların nəzarəti altında olduğu məlumdur. Azərbaycana xaricdən gətirilən məhsullara onların istədiyi qiymətin tətbiq edilməsi daxili bazarın inhisarçıların nəzarətinə verilməsi deməkdir.

Əlbəttə, daxili bazarın qorunması üçün müəyyən addımların atılması vacibdir. Ancaq bunun ölkə vətəndaşlarını daha ucuz qiymətə daha keyfiyyətli məhsul almaq imkanlarından məhrum etməklə həyata keçirilməsi doğru qərar hesab edilə bilməz. Bu cür qərarlar inhisarçıların maraqlarına xidmət edərək, ölkədə bahalaşmaya səbəb olur. İnhisarçlar gömrük vasitəsilə Azərbaycana gətirilən məhsuların qiymətini artıraraq əhalini soyurlar.

Qeyd edək ki, Azərbaycanda fəaliyyətinə imkan verilmədiyi üçün İranda armatur istehsalı ilə məşğul olmağa başlayan keçmiş deputat, iş adamı Nazim Bəydəmirli də bir müdət əvvəl bu barədə məumat vermişdi. O, bildirmişdi ki, “Baku Steel” şirkəti olkə daxilində özünün keyfiyyəti daha aşağı olan məhsulunu baha qiymətə satmaq üçün xaricdən Azərbaycana keyfiyyətli və ucuz məhsul daxil olmasına imkan vermir: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət “metallom”dan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal… Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə…”

N.Bəydəmirli daha sonra qeyd edib ki, xaricdən Azərbaycana hətta gömrük rüsumunu ödəməklə armatur buraxılarsa, bazarda “Baku Steel”-in malından daha ucuz qiymətə satılar: “Bizdə Gürcüstandan fərqli olaraq monopolistə xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!”

Xatırladaq ki, bu yaxınlarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılıq olmadığını bildirmişdi. Hətta komitə sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bəyan etmişdi.

Ekspertlər isə Azərbaycanda inhisarçılığın yeni növünün tətbiq edildiyini bildirmişdilər. Bu haqda saytımızda geniş yazı dərc edildiyindən təkrarlamaq istəmirik. Ancaq Səfər Mehdiyevin yuxarıdakı sözləri ekspertlərin fikirlərinin təsdiqi sayıla bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay