Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ildə Üçüncü dünya müharibəsi başlaya bilər, özü də Azərbaycandan...

İkinci dünya müharibəsinin başa çatmasından bəri dünya iri nəhənglər arasında açıq hərbi toqquşmadan yayına bilib, amma son vaxtlar beynəlxalq situasiyanın getdikvə kəskinləşməsi yeni qlobal müharibə təhlükəsini artırıb

Bu barədə “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində ABŞ Ordu Kollecinin professoru Robert Farli yazır. Məqalədə 2019-cu ildə Üçüncü dünya müharibəsinin başlaya biləcəyi beş yer göstərilir ki, onlardan da biri Azərbaycandır.

Robert Farli hesab edir ki, super dövlətlər arasında münaqişənin alovlanacağı ən “qaynar” regionlar Cənubi Çin dənizi, Ukrayna, Fars körfəzi və Koreya yarımadasıdır.

Professora görə Cənubi Çin dənizində ABŞ-la Çin arasında ticarət qarşıdurması aydın sezilir. Hazırda qarşıdurma iqtisadi müstəvidə, qarşılıqlı sanksiyaların və tariflərin tətbiq edilməsi aparılır, amma Vaşinqtonla Pekin arasında münasibətlər daha da kəskinləşsə münaqişə yeni müstəviyə keçə bilər.

Farlinin fikrincə Üçüncü dünya müharibəsinin başlaya biləcəyi ikinci ən çox ehtimal olunan yer Ukraynadır. Üçüncü belə “qaynar nöqtə” isə Fars körfəzidir. Burada gərginlik artır, ABŞ İrana təyzyiq göstərir, habelə Yəmən və Suriyada münaqişələr davam edir. Robert Farli hesab edir ki, Fars körfəzində istənilən insident ABŞ-la Rusiya arasında ola bilsin Çinin də cəlb olunduğu açıq qarşıdurmaya gətirib çıxara bilər.

Professor Koreya yarımadasınn da ABŞ-la Şimali Koreya arasında münasibətlərə görə gərginlik ocağı kimi qaldığını qeyd edir.

“Daha az kritik münaqişələr o qədər də çox diqqət cəlb eləmir, bu isə o deməkdir ki, zamanla onlar kimlərinsə diqqətini cəlb edənə qədər ciddi münaqişə zonalarına çevrilə bilərlər. Dağıdıcı münaqişə Baltikyanı regionda, Azərbaycanda, Kəşmirdə, hətta Venesuelada meydana çıxa bilər...əgər Üçüncü dünya müharibəsi başlasa o, tamamilə gözlənilməz istiqamətdən də başlaya bilər”-Robert Farli Dağlıq Qarabağ münaqişəsini də nəzərdə tutaraq yazır.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay