Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanda daha da möhkəmlənmək üçün hansı yollara əl ata bilər? - Müsahibə

Vaşinqton Rusiyanı Cənubi Qazqazda küncə sığışdırmaqda qərarlı görünür...

Politoloq: “Cənubi Qafqaz yeni dünya nizamının formalaşması istiqamətində ABŞRusiyanın maraq dairəsindədir”

“Kreml hazırda da Qarabağ münaqişəsindən istifadə edib tərəflər arasında razılaşma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə " sülhmərmlı qüvvələ"adı altında öz qoşunu yerləşdirməyə çalışır... İlk növbədə Rusiya 7 rayonun boşaldılmasına yaşıl işıq yandırsa və öz qoşununu Qarabağ yerləşdirməmək şərti ilə Azərbaycan KTMT-yə qoşula bilər”

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Rusiya öz ordusunu Azərbaycanda yerləşdirməyə çalışması ilə bağlı iddiaları şərh edərkən PİA.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a müsahibəsində Boltonun səfərini şərh edərkən maraqlı mülahizələrini açıqlayıb. Sülhəddin Əkbərin fikrincə Rusiya öz ordusunu Azərbaycanda yerləşdirmək istəyir. “Rusiya İran məsələsi aktaullaşdığı bir dövrdə nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir. Bunun da əsas yolu Qarabağ münaqişəsinin həlli istiqamətində aralıq bir sazişin imzalanmasına nail olmaq və “sülhməramlı qüvvələr” adı altında öz silahlı qüvvələrini işğal zonasına yeritməkdir”, deyə Sülhəddin Əkbər bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfər etdikdən sonra ortaya çıxan mənzərə budur ki, ABŞ və Ağ Ev rəhbərliyi aşkar bir şəkildə postsovet məkanında əsas, həlledici coğrafiya, siyasi nöqtə və ya mənafelərin daha çox toqquşduğu əraziləri müəyyənləşdirib. Belə ki, Trampın strateji qərarlarında bilavasitə məsləhətləşdiyi və təhlükəsizlik problemlərinə baxışda önəm verdiyi fiqur Moskvadan sonra Orta Asiya bölgəsinə və yaxud yenidən Avropaya səfər etmir. Halbuki bunun üçün də yetərincə zərurət və çağırışlar var idi. Əvəzində isə Bolton Cənubi Qafqaz ölkələrinə gəlir və bu da təbii ki, ABŞ-ın siyasətində Rusiya ilə əlaqələrin bir konteksti kimi götürülə bilər.

Görünür ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri hələ bir müddət gündəm mövzusu olacaq. Boltonun Cənubi Qafaza səfərinin Gürcüstanda geçirilən prezident seçkilərindən bir neçə gün əvvəl olmasını da təsadüf kimi qəbul etmək olmaz. Görünür ki, ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyini artıq arzulayır bə buna uyğun real addımlar atırlar. Elə dünən keçirilən seçkilərdə onu deməyə əsas verir ki. Vaşinqton Rusiyanı Cənubi Qafqazda küncə sığışdırmaqda qərarlıdır.

Dünən də Gürcüstanda prezident seçkilərdən sonra ortaya çıxan mənzərə onu göstərir ki, abş Mixail Saakaşvilni yenidən Gürcüstana qaytarmaq və Rusiyanın önündə divar hörmək istəyir. 2008-ci il müharibəsindən sonra Rusiya Gürcüstanda olan etibarını tamamilə itirsə də, İvanaşvilini hakimiyyətə gətirməklə müəyyən qədər Gürcüstandakı prossesləri öz nəzarəti altında saxlaya bilirdi. Lakin artıq Rusiya bu şansını da itirmək üzrədir. İkinci turda Mixail Saakaşvilinin silahdaşı Qriqol Vaşadzenin şansı daha yüksək görünür və onun rezervləri rəqibindən daha çoxdur. Artıq seçkidə 10 faiz səs toplayaraq 3-cü yerdə qərar tutan Bakradze ikinci turda Vaşadzeni dəstəkləyəcəklərini açıqlayıb. Digər namizələrin də Vaşadzeni dəstəkləyəcəyi şübhə doğurmur.

Cənubi Qafqaz regionda baş verən son hadisələrlə bağlı PİA.az Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə olan kiçik müsahibəni oxucularının diqqətinə çatıdırır.

Məhəmməd Əsədullazadə: “Moskvanın irəli sürdüyü Kazan paketində, belə demək mükündürsə, Lavrov və Şoyqu planında, 5+2 formatına uyğun olaraq Rusiya qoşunlarını Qarabağ ərazində yerləşdirməyi nəzərdə tutur. Hazırda da Rusiya bu planın üstündə durub və eyni ssenarini daima qabardır”.

- Məhəmməd bəy, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Yeni Müsavat qəzetinə verdiyi müsahibəsində bildirib ki, “Rusiya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir”. Hesab edirsinizmi ki, doğurdan da belə bir təhlükə mövcuddur?

- Cənubi Qafqaz yeni dünya nizamının formalaşması istiqamətində ABŞRusiyanın maraq dairəsindədir. Qeyd edim ki, hazırda ABŞ admistrasiyasının xarici strategiyasında Cənubi Qafqaz xüsusi yer tutur və buraşa əsas amil Rusiyanı bu regiondan çıxarmaqdır.

Təbii ki, Rusiyanın regiondan çıxması hazırkı situasiyda mümkün deyil. Çünki, Rusiya məhz Qarabağ konfliktinin ötən əsrdən yaradaraq, regionda öz qalıcılığını təmin etməyə çalışıb. Kreml hazırda da Qarabağ münaqişəsindən istifadə edib tərəflər arasında razılaşma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə öz qoşununu “sülhmərmlı qüvvələr” adı altında yerləşdirməyə çalışır.

Qeyd edim ki, münaqişənin həll formalarını nəzərdə tutan “Madrid” prinsiplərində Rusiyanın hər hansı qoşun birləşməsinin işğal olunmuş ərazilərə yerildilməısi nəzərdə tutmur. Amma Moskvanın irəli sürdüyü Kazan paketində, belə demək mükündürsə, Lavrov və Şoyqu planında 5+2 formatına uyğun olaraq Rusiya qoşunlarını Qarabağ ərazində yerləşdirməyi nəzərdə tutur. Hazırda da Rusiya bu planın üstündə durub və eyni ssenarini daima qabardır.

Rusiya işğal olunmuş ərazilərimizə qoşun yeritməklə, probelmi həll etməyə və yaxud həll etməməyə çalışır. Əsas məqsəd Rusiya Azərbaycan ərazisində ordu saxlamaqla, həm Ermənistana, həm də Azərbaycana təzyiq etmək imkanlarına amalik olmaqdır. Ona görə də Azərbaycan Rusiyanın hazırkı planlarılna “yox” cavabı verib və yəqinki “yox” cavabı verməkdə davam edəcək.

Məhəmməd Əsədullazadə: “Azərbaycan yalnız Dağlıq Qarabağ probleminin birdəfəlik sülh vəd edən həllindən sonra Rusiya liderliyndə qurulan hərbi-siaysi boklardaiştirak edə bilər”.

- Gürcüstanda Mixail Saakavili tərəfdarları hakimiyyətə gələrsə, Rusiya Azərbaycanda daha da möhkəmlənmək üçün hansı yollara əl ata bilər? İşğal altında olan bir neçə rayonun qaytarılması müqabilində Azərbaycanın KTMT-yə üzv olması mümkün hesab edirsiniz?

- Gürcüstanda keçirilən seçkilərdə Saakaşvilinin dəstəklədiyi qüvvələr hakimiyyətə gələrsə, bu o anlamı vermir ki, Rusiya Gürcüstanda zəifləyəcək. Onsuzda Rusiya ilə Gürcüstan arasında kifayət qədər problemlər var. Rusiya Gürcüstandan çıxıb. ABŞ hazırda burada siyasi nüfuza malikdir. Saakaşvili gəldikə isə, eyni siyasət davam edəcək. Sadəcə, Rusiyanın Saakaşviliyə Qərbin inqilab ixracıçı olduğu üçün nifrət edir və qəbul etmək istəmir.

Qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında son illərdə siyasi-iqtisadi əməkdaşlıq yüksək templə inkişafa doğru gedir. İkitərəfli münasibətlərin daha geniş inkişafını əhatə edən müqavilələr sentyabrda bağlanıb. Moskva hazırda çalışır ki, Azərbaycan onun KTMT-nə və Avrasiya İqtisadi İttifaqına qoşulsun. Ruslar bunu daima dilə gətirirlər. Amma konkret olaraq onlar deyirlər ki, əvvəl gəlin üzv olun, sonra Qarabağ münaqişəsinə baxarıq. Belə olan təqdirdə, bu, Azərbaycan üçün arzuolunmaz bir təklifdir.

İlk növbədə Rusiya 7 rayonun boşaldılmasına yaşıl işıq yandırsa və öz ordusunu Qarabağda yerləşdirməmək şərti ilə Azərbaycan belə bir təşkilata qoşula bilər. Ona görə lazımdır ki, Rusiya əvvəl üzərinə düşən öhdəçiliyi yerinə yetirsin, ondan sonra Azərbaycandan onun təmsil etdiyi hərbi-siaysi boklara üzv olmağı tələb etsin. Azərbaycan yalnız Dağlıq Qarabağ probleminin birdəfəlik sülh vəd edən həllindən sonra Rusiya liderliyndə qurulan hərbi-siaysi boklardaiştirak edə bilər.

Məhəmməd Əsədullazadə: “Rusiya Ermənistanda Türkiyə və Avropanı hədəfə ala biləcək, balistik raketlər yerləşdirə bilər”.

- ABŞ-ın nüvə sazişindən çıxması Rusiyanın Cənubi Qafqazda hərbi gücünü artırması ilə müşaiyyət oluna bilərmi? Xüsusən Ermənistanda Türkiyə Avropanı təhdid edəcək müasir silahların yerləşdirilməsi mümkündürmü?

- ABŞ Rusiya ilə 1987 -ci ildə imzaladığı “Yaxın və Orta Mənzilli Raket” müqaviləsindən çıxarsa, bu sürətli silahlanmaya və yeni dünya nizamının formalaşmasına həmçinin təhlükəsizlik risklərinin artmasına səbə olacaq. Rusiyada adekvat olaraq analoji addımı atacaq.

Burada Cənubi Qafqaz da risk regionuna daxildir. Rusiya artıq Kaliniqradda Avropanı təhdid edəcək yeni raketlər və elektron hərbi qurğular quraşdırır. Dünən də elektron dalğaları dağıdan “Səmərqənd” qurğusunun Krımda və Kalininqradda yerləşdirilməsi ilə məlumat yayıldı. Həmçinin Rusiya Ermənistanda Türkiyə və Avropanı hədəfə ala biləcək, balistik raketlər yerləşdirə bilər. Hesab edirəm ki, sözü gedən müqavilə ABŞ tərəfindən pozularsa, Rusiya Cənubi Qafqazda Ermənistan ərazisində öz hərbi varlığını artıra bilər.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay