Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTN şefindən Şirvanda müəmmalı təyinat: Sahil Babayev onu qovmuşdu…

Əmək və əhalinin sosial müdafiə naziri təyin olunan Sahil Babayev bir neçə ay əvvəl DSMF Şirvan şəhər şöbəsi müdiri vəzifəsindən Nazim Əbülhəsən Hüseynovu azad etmişdi

Bildirək ki, Nazim Hüseynov keçmiş aparat rəhbəri Əjdər Olun bacısı oğludur.

Nazim Hüseynov S.Babayev tərəfindən işindən azad olunsa da, kənd təsərrüfatı naziri İnam Kərimov ona sahib çıxıb.

N.Hüseynov KTN şefinin əmri ilə Şirvandakı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. Bununla da, İnam Kərimov növbəti dəfə kənd təsərrüfatına ixtisası uyğun olmayan bir şəxsi rəhbər vəzifəyə təyin etmiş olub.

N.Hüseynov dünənə kimi təqaüdçülərin pensiyalarının hesablanılması, təyin edilməsi işi ilə məşğul idisə bundan sonra heyvandarlığın inkişafına, əkinçiliyin genişlənməsinə” töhfə” verəcək.

Ümumiyyətlə sənaye şəhəri hesab olunan Şirvanda aqrar sahənin inkişafı mərkəzinə ehtiyac varmı? Şirvan şəhəri kənd təsərrüfatı rayonu olmadığına görə heç mərkəzə də ehtiyac yoxdur.

Kənd təsərrüfatı naziri İnam Kərimovun maraq doğuran kadrları ölkə rəhbəri İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirə biləcəklərmi? Sualın cavabı yeni təyin olunan kadrlardan artıq məlumdur.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdı. Görəsən belə yarıtmaz kadr KTN rəhbərinin nəyinə lazımdır?

İctimaiyyətin gözləntisi ondan ibarət idi ki, islahatçı nazir kimi təqdim olunan İ.Kərimov perspektivli, şəffaf işləyən, reputasiyası təmiz kadrları vəzifələrə təyin edəcək.

Ancaq S.Babayevin nöqsanlarına görə vəzifədən çıxardığı N.Hüseynova Şirvanın “aqrar sektoru” həvalə olunur. Şirvan şəhərdir, kəndləri yoxdur, təsərrüfat bölgəsi deyil. Bu da N.Hüseynova yeni maxinasiyalar imkanı yaradacaq.(Cumhuriyyet.net)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar