Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil ekspertindən sensasion açıqlamalar - Aktual mövzu

Təhsil eksperti: “Dərslik məsələsi 26 ildir ki, təhsilin ən ciddi müzakirə olunan və problemli sahəsidir”

“Tədris ocaqlarında özünəməxsus inqilaba yol açmış kurrikulum konsepsiyasının qəbul olunması ilə birinci sinifdə uşağa oxuma, yazma və hesabın öyrədilməsi müəllimlər üçün çox çətin işə çevrilib”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov keçmiş təhsil naziri Firudin Cəlilovun Azərbaycan təhsil haqqındakı fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, keçmiş təhsil naziri Firudin Cəlilov Azərbaycan təhsil sistemini kəskin tənqid edib. Firudin Cəlilovun fikrincə bizdəki sistem körpə uşaqları dərslərlə həddən artıq yükləyir. Buna görə də sabiq nazir Azərbaycanda Finladiya təhsil sisteminin tətbiq olunmasının tərəfdarı olaraq çıxış edir.

Doğurdanda ibtidai siniflərin təhsil yükü ildən ilə çətinləşir və 6-7 yaşlı uşaqların bu təhsili qavramaları çox çətindir. Ona görə də valideynlər birinci sinifə gedən uşaqlar üçün dərsdənkənar müəllim tutmağa məcbur alırlar. Digər tərəfdən körpə uşaqların çantaları da müxtəlif dərsliklərlə həddindən artıq yüklənir ki, bu da uşaqlar üçün fiziki işgəncəyə çevrilir.

PİA.az-ın əməkdaşı ibtidai təhsilin problemləri ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Hazırda istifadə olunan orta məktəb proqramı uşaqların intellektual, fiziki və psixoloji inkişafına uyğun şəkildə qurulmayıb, onun şəxsiyyət kimi formalaşmasında heç bir rola malik deyil”.

Orta məktəblərdə dərs yükü çox olduqda uşaqların oyuna, əyləncəyə zamanının qalmadığını, ağır dərs yükünün altında əzildiklərini vurğulayan təhsil eksperti Kamran Əsədov əlavə edib ki, bu da sonrakı dövrlərdə onların psixoloji gərginləşməsinə gətirib çıxarır:

“İlk növbədə qeyd edim ki, həqiqətən də ölkəmizdə məktəbəqədər təhsillə bağlı vəziyyət kifayət qədər çətindir. Təhsil Nazirliyin statistikasına əsasən, bu, uşaqların yalnız 30%-ni əhatə edir. Qurum bu göstəricini, ən azı, 70%-ə çatdırmağa çalışır. Bu işdə əsas rol isə uşaq bağçalarının üzərinə düşür. Amma valideynlərin heç də hamısı övladlarını bağçalara vermir. Bununla yanaşı, bağçaya getməyə uşaqların əksəriyyəti məktəbəqədər təhsil kurslarına yazılır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bundan başqa, təhsil sahəsindəki mövcud problemləri də unutmaq olmaz. Son illərdə paytaxtın mərkəzində yerləşən məktəblərdə uşaqların sayı ənənəvi normanı aşmağa başladı. İndi sinifdə 30-40 uşağın olması adi hal sayılır. Tədris ocaqlarında özünəməxsus inqilaba yol açmış kurrikulum konsepsiyasının qəbul olunması ilə birinci sinifdə uşağa oxuma, yazma və hesabın öyrədilməsi müəllimlər üçün çox çətin işə çevrilib. Qeyd edim ki, bu konsepsiyanın prioritet istiqamətlərindən biri hər bir uşağa bacarığına uyğun olaraq, fərdi yanaşmanı nəzərdə tutur. Müəllimlər bu işi çatdırmır. Odur ki, kifayət qədər məhdud kollektivlə uşaqlara əsas baza biliklərinin öyrədildiyi məktəbəqədər təhsil ibtidai sinif müəllimləri üçün ciddi köməkdir.

Kamran Əsədov: “Bu gün Azərbaycanda bütün dərsliklər bir-birinin təkrarıdır. Yeni informasiya, məlumat yoxdur”.

Birmənalı olaraq qeyd edirəm ki, bu, qeyri-qənaətbəxş sistemdir. Uşaqların bu qədər çox olduğu siniflərdə işçi qruplar yaratmaq, hər uşağa fərdi və kreativ yanaşmaq mümkün deyil. Biri deyilənləri tez qavrayır, digəri gec. Kurrikulum şagird sayı az olan, məsələn, 20 uşağın oxuduğu siniflərdə yaxşı nəticə verə bilər. 40-50 şagirdin olduğu sinifdə bu, nəticə verə bilməz.

Etiraf edim ki, orta məktəblərdə dərs yükü çox olduqda uşaqların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Bu da sonrakı dövrlərdə onların psixoloji gərginləşməsinə gətirib çıxarır.

İbtidai sinif vahid təhsil sisteminin ilk pilləsidir. Məktəbli bu yola necə başlayırsa, sona qədər də elə davam edir. Təhsil aldığı müddətdə onda hansısa köklü dəyişikliklər edilməsi çox çətin olur. Lakin təəssüflər olsun ki, hazırda orta məktəblərin ibtidai sinfində tədris olunan proqramın ağırlıq səviyyəsi dünya standartlarına uyğun deyil.

Hazırda istifadə olunan orta məktəb proqramı uşaqların intellektual, fiziki və psixoloji inkişafına uyğun şəkildə qurulmayıb, onun şəxsiyyət kimi formalaşmasında heç bir rola malik deyil. Çünki ibtidai sinif dərslikləri informasiya yükünə malikdir. Bildiyiniz kimi, Azərbaycanda orta məktəblərin birinci sinfinə gedən uşaqların heç də hamısı uşaq bağçası və məktəbəqədər təhsil pilləsini bitirmiş şəxslər deyil. Bu pillədə təhsil alan uşaqların sayı birinci sinfə gedənlərin cəmi 25 faizidir. Deməli, birinci sinfə gedən 75 faiz uşaq məktəb, dərs, oxuyub-öyrənmək kimi bir sıra digər vərdişlərə də sahib deyil. Amma onlar dərsə başlayanda hamısına eyni səviyyədə yanaşılır. Məhz bu zaman böyük sayda şagird həddindən artıq informasiya ilə yüklənir”.

Kamran Əsədov: “Kurrikulum şagird sayı az olan, məsələn, 20 uşağın oxuduğu siniflərdə yaxşı nəticə verə bilər. 40-50 şagirdin olduğu sinifdə bu, nəticə verə bilməz”.

Firudin Cəlilov həmçinin Azərbaycanda dərsliklər bərbad vəziyyətdə olduğunu bildirib. Kamran Əsədov dərsliklərin hazırlanmasında iştirak edən mütəxəssislərdən biri olduğu üçün Azərbaycanda dərsliklərdə əsasən hansı problemlərin olduğunu və bu problemlərin həllinin niyə dalana dirənməsi ilə bağlı sualımızı da cavablandırıb.

Dərsliyin yazılma prosesini qısa izah edən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Təhsil Nazirliyi özünə lazım olan standartlara uyğun sifariş verir. Sonra müəlliflər qrupu bu dərsliklərin üzərində çalışır və tenderdə iştirak edir. Tenderdə mütəxəssislər tərəfindən ən yüksək bal toplayan dərsliklər orta məktəblərə göndərilir:

##relatedPostMilli##

“Dərslik məsələsi 26 ildir ki, təhsilin ən ciddi müzakirə olunan və problemli sahəsidir. Azərbaycan Respublikası müstəqillik əldə edənə kimi, dərsliklər Moskvada razılaşdırılır və bizə hazır formada gəlirdi. Həmin dərsliklərdə bizim ədəbiyyat, tarix, istər də milli-mənəvi dəyərlərimizə uyğun olmayan məlumatlar olurdu. Müstəqillik əldə etdikdən sonra artıq bu problemlər aradan qalxmağa başladı. Hətta, 2002-2003-cü illərədək vahid dərslik konsepsiyası yox idi. Dərsliklər demək olar ki, çox bərbad vəziyyətdə idi. Lakin ondan sonra Azərbaycanda bu sahədə ciddi irəliləyişlər başladı.

Uzun müddət eyni müəllif heyəti, eyni dərslikləri yazırdılar və hər hansı yenilik olmurdu. İllərlə hansısa bir faktı silib-yazmaqla dərslik yazılması prinsipi davam etdirilirdi. Lakin 2014-cü ildən sonra dərsliklərin seçilməsi ilə bağlı inqilabi dəyişikliklər başladı. Elə düşünürük ki, eyni müəllif komandası uzun müddət bu işlə məşğul olursa, demək monopoliya yaradılıb. Dərslikdə monopoliya yoxdur. Sadəcə bu sahəni, orta məktəblərdə təhsil alan şagirdlərə nəyin lazım olduğunu yaxşı bilən mütəxəssis komandası tenderdə iştirak edib və içlərində ən yüksək bal toplayan dərsliklər orta məktəblərə verilib.

Kamran Əsədov: “Dərslik dövlətin strateji hədəflərini müəyyən edir. Amma təəssüf ki, bizim dərsliklər bu hədəfə çatacaq bacarığa malik deyil”.

Dərslik dövlətin ən strateji ideologiyasını həyata keçirir. Burda müəllif öz fikrini irəli sürə bilməz. Hər kəs yaza və düşünə bilər ki, mənim dərsliyim daha yaxşıdır. Lakin o dərsliyin şagirdlər üçün nə qədər faydalı və ya yararsız olacağına yalnız mütəxəssislər cavab verə bilər. Dərsliyin yazılma prosesini sizə qısa izah edim. Təhsil Nazirliyi özünə lazım olan standartlara uyğun sifariş verir. Sonra müəlliflər qrupu bu dərsliklərin üzərində çalışır və tenderdə iştirak edir. Tenderdə mütəxəssislər tərəfindən ən yüksək bal toplayan dərsliklər orta məktəblərə göndərilir.

Əminliklə deyə bilərəm ki, dərslik yazmaq ənənəsi Azərbaycanda yoxdur. Dünyada Dərslik Yazmaq İnistutu mövcuddur. Dərslik yazan müəlliflərə həmin inistitutda təlim keçirlər. Hər kəs tarixi oxuyur və düşünür ki, bunu yaza biləcək.

Dərslik dövlətin strateji hədəflərini müəyyən edir. Amma təəssüf ki, bizim dərsliklər bu hədəfə çatacaq bacarığa malik deyil”.Bu gün Azərbaycanda bütün dərsliklər bir-birinin təkrarıdır. Yeni informasiya, məlumat yoxdur. O deyilən standartları reallaşdıran müəllifdir. Müəlliflərə treninq, dərs keçilməlidir. Nəyi yazamaq olar, nəyi yox. Lakin bu qanunda öz əksini tapa bilməz. Çünki bizdə hər müəllif bunu qəbul edəcək bacarığa malik deyil. Bu gün Azərbaycanda 1 fənndən 2 milyon dərslik çap olunur. Bu ciddi rəqəmdir. Onların hər birinə nəzarət etmək mümkün deyil. Hər fənn üzrə ümumi sifariş verəndə nəzərə alınır ki, orta məktəbdə 256 dərslik var. Hər birinin nəzərə alsaq ki, 40 paraqrafı var. O zaman biz nə qədər qanun layihəsi hazırlamalı olacağıq?

Dərslik dövlətin strateji hədəflərini müəyyən edir. Amma təəssüf ki, bizim dərsliklər bu hədəfə çatacaq bacarığa malik deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar