Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ət və çörək bahalaşıb - Ödənişli ali təhsilin qiyməti yüksəlib

2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb

Bakı Statistika İdarəsindən bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb.
Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.

Bakıda ət və çörək bahalaşıb

Konkret olaraq məhsullar üzrə qiymət indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb.

Qeyri-ərzaq məhsullarından “Mebel və ev əşyaları” qrupunun qiyməti 0,1 faiz, “Tibb təyinatlı digər məhsullar” qrupu 0,2 faiz, “Telefon aparatları” qrupu 0,4 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 0,5 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Zərgərlik məmulatları” qrupu 0,6 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,9 faiz yüksəlib.

Ödənişli ali təhsilin, nəqliyyatı xidmətlərinin qiyməti yüksəlib

O ki qaldı xidmət sektoruna, hesabat dövründə Bakı şəhərində bu seqmentdə də qiymət artımı baş verib. 2018-ci ilin iyul ayında iyun ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi“ qrupu 0,5 faiz, “Dəmiryol sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 4,6 faiz, “Hava sərnişindaşıma nəqliyyatı xidmətləri” qrupu 2,2 faiz, “Ödənişli ali təhsil haqqı” qrupu 0,5 faiz, “Mehmanxana xidməti” qrupu 0,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,1 faiz bahalaşıb.(Oxu.Az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar