Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahunun çətin günləri – “Kral Bibi”nin höküməti süqut edə bilər...

Uzun siyasi karyerası ərzində Benyamin Netanyahu “Sehrbaz” və “Kral Bibi” də daxil olmaqla bir neçə ləqəb qazanıb. Lakin onun ən əziz titullarından biri - “Cənab Təhlükəsizlik” indi dağılır...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı yazıb. Kanal qeyd edir ki, Netanyahunun rəqibləri hələ də onun istefasını tələb etməsələr də, siyasi şərhçilər onun baş nazirliyinin bu böhrandan sağ çıxa bilməyəcəyinə inanırlar.

Tarix göstərir ki, İsraildə əvvəlki sürprizlər və böhranlar tez-tez hökumətin süqutuna səbəb olub. Hər iki tərəf arasında əsaslı fikir ayrılıqlarına görə HƏMAS ilə danışıqlar çətin olsa da, hansısa formada danışıqlar qaçılmazdır.

Netanyahu çətin vəziyyətdədir, o, indi eyni zamanda HƏMAs-ı məğlub etməyə və girovların azad edilməsini təmin etməyə çalışır. CNN qeyd edir ki, məhkəmə sisteminin əsaslı islahatına qarşı davam edən etirazlar, korrupsiya iddiaları və şəxsi məhkəmə prosesləri onun mövqeyini zəiflədib.

Bəlkə də Netanyahu müxalifətdə olarkən HƏMAS-la müharibə planlaşdırılırdı, lakin HƏMAS-ın gözlənilməz hücumu onu lapdan yaxaladı və diqqəti digər məsələlərdən yayındırdı. Netanyahu əvvəllər dramatik geri dönüşlər etməyi bacarsa da, bu dəfə hər şey fərqli görünür.

CNN yazır ki, İsrailin Baş naziri öz mövqeyini müdafiə etmək üçün “milli birlik hökuməti” yaratmağa məcbur ola bilər ki, bu da onun koalisiyasının daha ifrat elementlərini kənara qoyacaq. Bununla belə, HƏMAS-ın hücumunun yaratdığı şok və qəzəb İsrail seçiciləri arasında daha ekstremal ideyalara qapı aça bilər və bu da sərt cavab tələblərinə yol bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Ən çox oxunanalar