Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun hərbi-dəniz təlimləri Rumıniyada keçiriləcək

Rumıniya Hərbi Dəniz Qüvvələri (HDQ) aprelin 8-dən 21-dək “Sea Shield 24” çoxmillətli təlimlər keçirəcək və bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi (Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa) də iştirak edəcək...

“Report” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 texnika və üzmə vasitəsi) Qara dənizdə, onunla sahil zonasında, Dunay çayında və onun deltasında dənizdə və çayda qanunsuz fəaliyyətlə mübarizə, dəniz və çaylara nəzarət, dənizdə axtarış və xilasetmə, qəza vəziyyətində olan gəmilərə köməklik göstərilməsi və kritik infrastruktur səviyyəsində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirmək üzrə hazırlıq keçəcəklər”, - məlumatda deyilir.

Qeyd edək ki, “Sea Shield 24” bu il Rumıniya HDQ-nin rəhbərliyi altında keçiriləcək ən əhatəli təlimlərdir, onlar Rumıniyanın təşəbbüslərini və maraqlarını regional və beynəlxalq miqyasda təşviq etməyə, həmçinin iştirakçı ölkələrin qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa kömək edəcək.

Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar