Çərşənbə axşamı, 05 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun baş katibindən “tank münaqişəsi” açıqlaması

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya istehsalı olan “Leopard-2” tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərarsızlığın tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşən Stoltenberq müttəfiq ölkələrin tank böhranından qısa zamanda çıxacağını düşündüyünü bildirib:

“Biz müharibənin bu həlledici məqamında qısa müddətdə Ukraynaya daha ağır və təkmil sistemlər göndərməliyik”.

Almaniya istehsalı olan “Leopard-2” tanklarına sahib olan ölkələr bunu üçüncü ölkəyə göndərməzdən əvvəl Berlindən icazə almalıdırlar. Almaniyadakı Olaf Şolz hökuməti hələ bu təsdiqi verməyə hazır olmasa da, Berlinə təzyiqlər artır.

Pistorius bəyan edib ki, konsensus əldə olunarsa, hökumət tanklarla bağlı tez hərəkətə keçə bilər.

Reuters-ə danışan alman müdafiə mənbəsinin sözlərinə görə, Polşa bu gün Almaniya hökumətinə Ukraynaya 14 “Leopard-2” A4 tankı göndərmək üçün müraciət edib. Bu addımın Berlinə təzyiqi artıracağı gözlənilir.

Almaniyanın xarici işlər naziri Anna Baerbok həftə sonu deyib ki, Polşa Ukraynaya “Leopard-2” tanklarının göndərilməsi ilə bağlı müraciət etsə, buna mane olmayacaq

pia.az


Etiket: Leopard-2 NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi rəsmən təsdiqləndi

Azərbaycanda icra başçısının müavinləri saxlanılıblar? - Yenilənib

Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 76 rayon    

QHT Agentliyinin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin direktorluq macərası

AFFA-nın vitse-prezidenti: Rövnəq Abdullayevdən belə qərar gözləmirdik

Qobuda 3 itin parçaladığı uşağın anası danışdı - Video

16 yaşında ailə quran qızın anası: “Yoldaşımın xasiyyəti tünddür” - Yenilənib, Video    

Azərbaycan Ordusunun əsgəri özünü odlu silahla öldürüb

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verməyə qərar verib - Yenilənib

Səhhətinə görə İsrailə getdiyi bildirilən Ramiz Mehdiyev: “İldə bir-iki dəfə baş verən haldır” - Yenilənib

Ən çox oxunanalar