Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqi beşiyimizin 28 yaşlı yadigarının həsrəti sona yetir - "Şuşa tarı"nın əhvalatı

Dilbər güşəmiz - Şuşamıza qovuşmağımıza sayılı günlər qalıb. Nəhayət 28 illik həsrətin bağrını dəlib Qarabağ incisinə qovuşacağıq. Hər bir azərbaycanlının ürəyi bu sevinc bu həyəcanla döyünür. Hələ Şuşalıların həyəcanı yəqin ki, sözlə ifadə edilməyəcək qədər böyükdür...Kim bilir Şuşadan ayrılanda o böyük həsrətlə,ağrı-acı, nisgillə bərabər bir gün Şuşaya qayıtmağa ümid olsun deyə əmanət olaraq nə götürə biliblər Şuşadan?

Bu gün sizə təqdim edəcəyimiz hekayə də 28 ildir musiqi beşiyimizə - şuşamıza qovuşmağın həsrətində olan Şuşanın sonuncu tarıdı.

PİA.az ürəkləri titrədən bu hekayəni sizə təqdim edir, elə müəllifin öz dilindən...

Mənim "ŞUŞA TARI"mın əhvalatı

Mən 1978-ci ildə Yardımlı rayon musiqi məktəbinin Tar şöbəsini bitirmişəm. Mənim “Muğam” müəllimim Şabiyev Dadaş (Allah rəhmət eləsin!) və direktorumuz Böyukağa müəllimlərimizin tarları çox yaxşı səslənirdi və mən onlardan səbəbini soruşanda, onlar ən yaxşı tarlarının və ümumiyyətlə, ən yaxşı milli musiqi alətlərinmizin Şuaşada və xüsusi növ ağacdan hazırlanmasını bildirdilər. Dediklərinə görə o zaman, Azərbaycan milli musiqi alətləri əsasən Şuşa şəhərində istehsal olunurdu. Bu sevgi əsasında mənim böyük arzularımdan biri də Şuşa Tarımın olması idi. Nə isə ... illər keçdi, vəziyyət elə gətirdi ki, 1992-ci ilin mayın 8-də Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal olundu. İşğaldan bir neçə ay sonra AZTV-də Şuşa ilə bağlı verilişlərin birində oradan gətirilən sonuncu tarı göstərdilər və həmin tarda bizim məşhur tarzanlarımızdan biri (səhv etmirəmsə bu xalq artistimiz Möhlət Müslümov idi) gözəl muğam səsləndirdi. Verilişdən məlum oldu ki, bir ağsaqqal tar ustası Şuşadan çıxanda evindən heç bir şey götürməyib, yalnız Şuşada düzəltdiyi sonuncu yeganə tarı özünlə yadigar olaraq götürüb gəlibdir. Uzun axtarışlardan sonra mən həmin ustanı tapdım. O, Pedaqoji Universitetin Səməd Vurğun küçəsindəki korpusunun zirzəmisində məskunlaşmışdı. İş yoldaşım, dostum Rabil müəllimlə gedib həmin ustanı tapdıq, səhv etmirəmsə adı Əliş kişi idi, arıq, zəhmətkeş, dərdli görünüşü olan Ağsaqqal tar ustası ilə tanış olduq. Otağına daxil olanda qarşı divarda başının üstündə həmin tarı gördüm. Tarın çanaxının üstündə “Шуша” yazılmışdlr. Ustadan bu tarın mənə satmağını xahiş etdim. O, ağladı və tarı vermək istəmədi. Və dedi: “Oğlum, bu tar sənin nəyinə lazımdır? Gəl mən sənə burda düzəltdiyim yeni tarı verim.” Cavab olaraq dedim: “Ağsaqqal, səndən bu tarı almağımın iki səbəbi var: 1-cisi, Şuşa Tarı mənim uşaqlıq arzum olubdur və yəqin ki, zalım düşmənlər o fabrikanı məhv ediblər artıq. 2-ci səbəbi odur ki, mən əminəm ki, biz haçansa Şuşaya qayıdacağıq. Allah Sizə ömür versin, qismət olsa bu tarı Sizinlə bir yerdə Şuşamıza qaytaraq. Ağsaqqal mənə gülərək dedi: “Oğlum mən görmərəm o günü, İnşallah sən görəcəksən, əgər sən söz verirsən ki, bu Tarı Şuşaya aparacaqsansa, onda al götür Tarı. Tarı götürüb mənə verdi və ağlaya ağlaya dedi: “Oğlum, Cıdır düzündə Seyid Şuşinskinin “Heyratı” muğanını çalarsınız”... Mən o tarı ustadan aldım. 28 ildir ki, həmin tarı göz bəbyim kimi qoruyuram. Budur o TAR. (şəkildəki).

Arzum idi ki, Şuşa qayıdanda aparım ağsaqqal ustamızın arzusunu yerinə yetirim. “Şuşaya bir nəfəs qədər yaxınıq”: Bütün dünya azərbaycanlıları Ali Baş komandanimıza, Müzəffər Azərbaycan Ordusuna, möhkəm səbirli, dözümlü və iradəli Xalqımıza və təbii ki,Şəhidlərimzə (Allah şəhidlərimizi rəhmət eləsin! Onlar məkanı cənnətdir. Ruhları şad olsun!. Ailələrinə dərin hüzünlə baş sağlığı verirəm. Onların ruhu və ailələri qarşısında baş əyirəm!) və bütün vətən müharibəsi iştirakşılarına minnətdarlığımızı bildiririk, onların qarşısında baş əyirik və onlara yeni tarix yazdıqlarına görə “Cox sağ olun! Yaşasın Azərbaycan! Vətən sağ olsun!” deyirik. Şəhidlərimiz əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Onlar yaşayırlar. Sağ olun ki, bu günü bizə yaşatdınız.

Əgər həmin usta yaşayırsa və məni eşidirsə, onda mən çox xoşbəxt olaram ki, biz bir yerdə mənə əmanət verdiyi Tarı qədim Şuşa şəhərimizə aparaq.

Hörmətlə: İqbal Babayev

Qeyd: Yazının müəllifi Azərbaycan Respublİkası Dövlət Gömrük Komitəsi sədrinin müavini, Gömrük xidməti general-mayoru İqbal Babayevdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar