Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

8-ci sinif üçün Ermənistan tarixi dərsliyində 1828-ci ildə “Türkmənçay müqaviləsi” ilə “Şərqi Ermənistan”ın Rusiya tərəfindən ilhaq olunduğu yazılıb...

Politoloq: “Onlar “Şərqi Ermənistan”, “Qərbi Ermənistan” xəyalı ilə yaşasalar da hazırda Ermənistanın baş naziri Nikol Paşinyan onları real Ermənistana qaytarmağa çalışır və bu da çox çətinliklə başa gəlir”.

Azərbaycan tərəfi də dəfələrlə ermənilərin tarixi saxtalaşdırması ilə bağlı beynəlxalq miqyasda çıxış edib. Bununla bağlı müxtəlif ifşaedici materiallar dərc olunub”.

Bu sözləri politoloq İlyas Hüseynov ermənilərin növbəti dəfə tarixi saxtalaşdırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, 8-ci sinif üçün Ermənistan tarixi dərsliyində 1828-ci ildə “Türkmənçay müqaviləsi” ilə “Şərqi Ermənistan”ın Rusiya tərəfindən ilhaq olunduğu yazılıb və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova buna etiraz edib.

Son 2 min ildə Ermənistan dövlətinin olmadığını və Cənubi Qafqazda 1918-ci ilə qədər ümumiyyətlə Ermənistan adlı bir ölkənin heç bir zaman mövcud olmadığını diqqətə alarsaq, Azərbaycan tərəfi də ermənilərin növbəti dəfə tarixi saxtalaşdırmasına etiraz etməsi doğru olmazmı?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Erməni tarix kitablarının saxtalaşdırılması və uydurma tarix dərsliklərinin yazılması dəfələrlə baş verib və bu gün də baş verir”.

Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq öz tarixini təftiş etmək, onu yenidən böyüdücü şüşə altında nəzərdən keçirmək haqqında düşünmədiyini nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da Ermənistan dövlətini və erməni xalqını böyük uçurumlara apara yoldur:

“Qeyd edim ki, erməni tarixi saxta mifoloji bir uydurmadan ibarətdir və onlar bu mifologiya ilə yaşayırlar. Eləcə də, öz gənclərini zəhərləryirlər. Çox uydurma təbliğat həyata keçirilir və əslində özləri bu təbliğatın qurbanıdırlar. Onlar “Şərqi Ermənistan”, “Qərbi Ermənistan” xəyalı ilə yaşasalar da hazırda Ermənistanın baş naziri Nikol Paşinyan onları real Ermənistana qaytarmağa çalışır və bu da çox çətinliklə başa gəlir.

Digər tərəfdən, son 2 min ildə Ermənistan dövlətinin olmaması hər kəsə bəllidir. Ondan əvvəlki hansısa dövlət də mifologiyadan başqa bir şey deyil. Onlar öz mövcudluğunu görə Rusiya imperiyasına borclu olmalıdırlar. Rusiya dünyanın müxtəlif yerlərində olan erməniləri Qafqaza köçürməklə burada Rusiya imperiyası özünə for-post yaratmağa çalışırdı. Bu gün də erməni dövləti xəyanət edərək borclu olduqları dövlətdən üz çevirərək Qərbə inteqrasiya edirlər.

İlyas Hüseynov: “Ermənistan öz mövcudluğunu görə Rusiya imperiyasına borclu olmalıdırlar”.

Rusiya üçün çox çətin zaman kəsiyində, Rusiyanın Kollektiv Qərblə müharibə apardığı bir dövrdə Ermənistan onlardan üz döndərir. Bu da Rusiya üçün də, Qərb üçün də siqnal olmalıdır. Qərbin də çətin dönəmində Ermənistan onlardan üz çevirib başqa qütbə tərəf yönlənə bilər. Əminəm ki, belə də olacaq.

Digər tərəfdən, Azərbaycan tərəfi də dəfələrlə ermənilərin tarixi saxtalaşdırması ilə bağlı beynəlxalq miqyasda çıxış edib. Bununla bağlı müxtəlif ifşaedici materiallar dərc olunub. Buna görə də, bu bizim üçün bir yenilik deyil. Erməni tarix kitablarının saxtalaşdırılması və uydurma tarix dərsliklərinin yazılması dəfələrlə baş verib və bu gün də baş verir.

Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq öz tarixini təftiş etmək, onu yenidən böyüdücü şüşə altında nəzərdən keçirmək haqqında düşünmür. Bu da Ermənistan dövlətini və erməni xalqını böyük uçurumlara apara yoldur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar