Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib

Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət təhsili sahəsində aparılan islahatların mühüm hissəsi olaraq 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu prosesi ilk dəfə olaraq elektron qaydada həyata keçirilib...

Poliqon xəbər verir ki, bu barədə nazirlikdən verilən xəbərdə bildirilib.

Qeyd edilib ki, cari ilin 6-31 may tarixlərində “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə məktəblərə qəbul üçün müraciətlər qeydiyyata alınıb, 20-30 iyun tarixlərində əyani olaraq mərkəzləşdirilmiş qaydada qəbul imtahanları baş tutub.

İmtahanların nəticələrinə əsasən şagirdlərin yerləşdirilməsi hər bir məktəb və ixtisas üzrə ödənişsiz və ödənişli təhsilə müəyyən edilmiş qəbul planlarına, namizədlərin topladıqları ballara və yaş həddinə uyğun olaraq elektron sistem üzərindən avtomatlaşdırılmış formada aparılıb. Qəbul üçün müraciət etmiş 16147 nəfərdən 12089 nəfər müxtəlif ixtisaslar üzrə I və VIII (onbirillik təhsilə) siniflərə qəbul edilib.

Qəbul imtahanlarının nəticələri ilə bağlı şikayətlər elektron sistem üzərindən qəbul edilib, müraciətlərə baxılması məqsədilə regional mədəniyyət idarələrində apellyasiya komissiyaları yaradılıb.

Komissiyalar tərəfindən aidiyyəti üzrə apellyasiya müraciətinə baxılaraq, 24 müraciətin təmin edilməsi barədə qərar qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay