Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərə vaxtından əvvəl istilik verilə bilər? 

Son günlər müşahidə olunan soyuq hava bağçalarda və məktəblərdə istilik məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda noyabrın 15-də qış rejiminə keçid nəzərdə tutulsa da, havaların soyuması təhsil müəssisələrinin qızdırılması problemini aktuallaşıb.

Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə “Azəristilik” arasında müqavilə bağlanıb:

“Ümumtəhsil müəssisələrin, mənzillərin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır. Əgər havalar kəskin soyuyarsa və sözügedən dövlət qurumları məktəb və bağçalara nəzərdə tutulan müddətdən daha tez istilik verilməsini istəyərlərsə, bu təmin ediləcək. Hələlik havalar normal keçir. Məktəb və bağçaların istiliklə təminatına ehtiyac yoxdur”.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, bu il də ümumilikdə 287 məktəbin istiliklə təminatı nəzərdə tutulub: “Təkcə Bakı şəhəri üzrə məktəblərin sayı 130-dan çox, bağçaların sayı isə 161-dir. Hesab edirik ki, noyabrın 15-dək bütün təhsil müəssisələri istiliklə təmin olunacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar