Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron seçkidə uduzarsa, Parisin Cənubi Qafqaz siyasətində dəyişiklik ola bilər?

Fransada parlament seçkilərinin birinci turunun keçirilməsinə çox az vaxt qalıb...

Politoloq: “Emmanuel Makronun partiyasının parlament seçkilərində uduzması indiki məqamda real görünmür”.

“Əks proses olsa belə, yəni Makronun partiyası seçkini uduzsa belə, inanmıram Fransanın Cənubi Qafqaz siyasətində dəyişiklik olsun”.

Bu sözləri politoloq Turan Rzayev Fransada keçiriləcək parlament seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Fransada parlament seçkilərinin birinci turunu keçirilməsinə bir həftədən də az vaxt qalıb. Makronun partiyası bu seçkilərdə uduzarsa, Parisin Cənubi Qafqaz siyasətində hansısa dəyişikliklər gözləniləndirmi?

Fransanın Cənubi Qafqaz siyasətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Makron atdığı addımlara görə hakimiyyətdədir. Yəni o bu addımları atsın deyə, onu hakimiyyətə gətiriblər”.

Hakimiyyətə gələcək yeni partiya belə, mövcud hakimiyyətin ideologiyasına bənzər xətt aparacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında əlavə edib ki, bu da öz növbəsində xarici siyasətə də təsir edəcək:

“Emmanuel Makronun partiyasının parlament seçkilərində uduzması indiki məqamda real görünmür. Çünki Makron hər nə qədər yalnış siyasət yeritsə də, daxili auditoriyada kifayət qədər dəstəkçiləri var. Doğrudur, Fransa prezidenti daha çox aşağı təbəqə istiqamətində yalnış siyasi xətt yeritsə də, ultra-millətçi və sağ siyasət yeritməsi, islamofobiya, miqrant məsələləri ilə bağlı çıxışları hesab edirəm ki, onun partiyasının qələbə qazanmasına gətirib çıxaracaq. Amma bu qələbə əvvəlki illərdəki kimi böyük fərqlə yox, nisbətən səslərin azalması ilə müşahidə olunacaq.

Əks proses olsa belə, yəni Makronun partiyası seçilməsə belə, inanmıram Fransanın Cənubi Qafqaz siyasətində dəyişiklik olsun. Yəni hakimiyyətə gələcək yeni partiya belə, mövcud hakimiyyətin ideologiyasına bənzər xətt aparacaq. Bu da öz növbəsində xarici siyasətə də təsir edəcək.

Onu da qeyd edim ki, Makron atdığı addımlara görə hakimiyyətdədir. Yəni o bu addımları atsın deyə onu hakimiyyətə gətirdilər. Buna görə də, nəticə etibarilə mən seçkilərin nəticəsinin dəyişəcəyini düşünmürəm. Amma belə bir hadisə baş verərsə belə, bu Cənubi Qafqazda elə də ciddi dəyişikliklərə səbəb olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib

Ən çox oxunanalar