Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahir Emrelinin xorvatiyalı mütəxəssislə çəkdirdiyi şəkil müzakirələrə səbəb olub

"Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin evdə "Trabzonspor"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın XXXII tur oyunundan öncə rəqib komandanın baş məşqçisi Nenad Byelitsa ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun xorvatiyalı mütəxəssislə səmimi münasibəti konyalı azarkeşlərin marağına səbəb olub.

Məsələni araşdıran "yenihaberden.com" saytı Byelitsanın ölkəsinin "Osiyek" klubunun sükanı arxasında olarkən təcrübəli forvardı komandasında görmək istədiyini, hətta oyunçuya təklif göndərildiyini, amma razılıq əldə olunmadığını yazıb.

Bu arada, "Trabzonspor"la matçın 71-ci dəqiqəsində xəbərdarlıq alan Emreli sarı vərəqə limitindədir. Hücumçu XXXIII turun "Alanyaspor"la səfər oyununda analoji cəzaya məruz qalarsa, növbəti görüşü buraxacaq.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsusdur.

Poliqon.info


Etiket: Mahir Emreli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar    

Ən çox oxunanalar