Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Körpələri ilə intihar edən qadınlar... - Cəmiyyətimiz hansı bataqlığa sürünür?

Ailə zorakılığının artmasında gənclər arasında narkotikdən istifadənin sürətlə yayılması faktoru hansı səviyyədədir?..

Əhməd Qəşəmoğlu: “Ailələrlə bağlı dövlətin sosial-humanitar siyasəti dəyişmədikcə milli xüsusiyyətləri və başqa səbələri qabartmaq lazım deyil. Bunlar mühumdur, amma ikinci dərəcəli faktorlardır”

Fərqanə Mehmanqızı: “Qadın zorakılığı, ailə daxili aqressiya, qadınlara və uşaqlara qarşı zorakılıq demək olar ki, hər zaman olub. Bu dönəmlərdə də problemin artıqlamasıyla özünü göstərməsi qadınların ailə daxilində daha həssas və zəif olduğundan olur”.

Rahil Süleymanzadə: “Ailə Qadın və Uşaq Komitəsi hər bir ailədə hansı hadisələrin baş verdiyini bilə bilməz. Bunun üçün vətəndaşlar komitəyə kömək etməlidirlər”.

Avqustun 30-da Bakıda dəhşətli faciə baş verib. Həmin gün Niftəliyeva Aytən İlham qızı 1 yaş yarımlıq körpəsi Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli mülkün damından yerə yıxılıb. Bu hadisə haqda ilk dəfə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdən paylaşıb edib.

Onun sözlərinə görə, həmin Niftəliyeva Aytən İlham qızı övladı Niftəliyeva Tahirə Rəhman qızı ilə birlikdə əri Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalıb.

Aytən Niftəliyevanın anası Mehriban Süleymanova isə bildirir ki, onun qızının və körpə nəvəsinin ölümü intihar hadisəsi deyil, kürəkəni və onun anası tərəfindən törədilmiş cinayətdir. Qadın bildirir ki, qızını kürəkəni və qaynanası döyərək yaşadıqları binanın damından aşağı itələyib.

Bir neçə gün əvvəl buna bənzər faciə Biləsuvarda baş vermişdi. Qaynatası tərəfindən mütəmadi olaraq döyülən gənc qadın 1 yaşlı körpəsi ilə özünü su kanalına ataraq intihar etməyə cəhd göstərmişdi. Lakin su dayaz olduğundan qadın sağ qalıb, körpəsi isə boğulub ölüb. Bu hadisəyə görə qadın həbs olunub, lakin onu zorakılığa məruz qoyanlar barədə hansı ölçünün götürüldüyü məlum deyil. Azərbaycanda son vaxtlar ailədaxili zorakılıqların, məişət cinayətlərinin, qadın qətllərinin sayının artması insan haqları müdafiəçilərini və ölkə ictimaiyyətini ciddi narahat edir.

Ailə zorakılığının artmasında narkotikdən istifadənin sürətlə yayılması faktoru hansı səviyyədədir?..

Azərbaycanda qadınlara qarşı zorakılığın artmasını hansı səbəblərlə əlaqələndirmək olar? Bu məsələdə mental dəyərlərlə müasir tələblərin toqquşması nə qədər rol oynayır? Bundan başqa ailə zorakılığının artmasında narkotikdən istifadənin sürətlə yayılması faktoru hansı səviyyədədir?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu və psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

Əhməd Qəşəmoğlu: “Belə getsə, bir sosioloq olaraq xəbərdarlıq edirəm ki, bir müddət sonra vəziyyət daha da pis olacaq”.

Əgər biz belə xoşagəlməz hadisələrin olmasını istəmiriksə, bu məsələlərə elmi müdaxilənin edilməli olduğunu düşünən sosioloq PİA.az-a bildirib ki, artıq Avropada bununla bağlı xeyli elm sahələri yaradılıb. Amma Azərbaycanda bu məsələlərə əhəmiyyət verən yoxdur:

“Qadınlara qarşı olan zorakılığın səbəblərini başqa yerdə axtarmaq lazım deyil. Bu məsələdə mental dəyərlər ikinci dərəcəlidir. Əgər cəmiyyət günü-gündən mürəkkəbləşib, həssaslaşırsa, bu cəmiyyətdə ailə ilə bağlı sosial-humanitar siyasət dəyişməlidir. Ailələrlə bağlı dövlətin sosial-humanitar siyasəti dəyişmədikcə milli xüsusiyyətləri və başqa səbələri qabartmaq lazım deyil. Bunlar mühumdur, amma ikinci dərəcəli faktorlardır.

Hər bir sosioloq bilir ki, insanların davranışlarına təsir edən 4 mühüm amil var.

1. İnsanın özünün xüsusi xüsusiyyətləri

2. Mühit

3. İnsanın aldığı informasiyalar

4. İnsanın önəm verdiyi dəyərlər.

Əgər biz belə xoşagəlməz hadisələrin olmasını istəmiriksə, bu məsələlərə elmi müdaxilə edilməlidir. Artıq Avropada bununla bağlı xeyli elm sahələri yaradılıb. Amma Azərbaycanda bu məsələlərə əhəmiyyət verən yoxdur. Hər dəfə mən bu məsələləri qeyd edəndə elə bilirlər ki, öz elmimi nümayiş etdirmək istəyirəm, özümü gözə soxmaq istəyirəm. Amma mənim buna ehtiyacım yoxdur. İnternetə baxanda görünür ki, mənim ABŞ-da, Çində məqalələrim çıxır. Bu məsələləri mən təcrübəli sosioloq kimi qaldırıram və təməl problemləri əlaqədar qurumların diqqətinə çatdırmaq istəyirəm. Amma məni eşidən yoxdur. Ümumiyyətlə Azərbaycanda ailə zorakılığını elmi cəhətdən araşdırmağa çalışmır. Onlara görə bu problemlər xırda məişət problemləridir və ailə daxilindəki münasibətlərdən doğur. Əslində isə bu problem çoxdan ailənin daxili işi olmaqdan çıxıb və qlobal mahiyyət alıb. Gələcəkdə bu problem birbaşa dövlətin probleminə çevriləcək.

Əhməd Qəşəmoğlu: “Ailə zorakılığı ilə bağlı konkret mexanizmlər, texnologiyalar qurulmalıdır. Nə vaxta qədər ki, bu sahəyə diqqət verilmir, bundan da betər hallar ortaya çıxacaq”.

Azərbaycanda yaxşı bilirlər ki, gözəl aşpaz, gözəl zərgər kimdir. Amma Azərbaycanda təcrübəli sosioloqun kim olduğunu bilmirlər. Buna görə də 20 ildir mən deyirəm, ancaq heç kim eşitmir. Azərbaycanda çoxdan ailə modeli, ailə platforması olmalı idi. Bu məsələlər təkcə Ailə,
Qadın və Uşaq Komitəsinin işi deyil, cəmiyyətin məsələsidir. Azərbaycanda sosial siyasət dəyişməlidir. Belə getsə, bir sosioloq olaraq xəbərdarlıq edirəm ki,bir müddətdən sonra vəziyyət daha da pis olacaq. Ailə zorakılığı ilə bağlı konkret mexanizmlər, texnologiyalar qurulmalıdır. Nə vaxta qədər ki, bu sahəyə diqqət verilmir, bundan da betər hallar ortaya çıxacaq.

Onu da qeyd edim ki, ailə modeli haqqında mənim konkret təkliflər paketim var və bu təkliflərimi müzakirə üçün istənilən platformaya təqdim etməyə hazıram”.

Fərqanə Mehmanqızı: “Ailə daxili qadın zorakılıqda narkotika, alkoqol və müxtəlif faktorlar var. Amma əsas problem odur ki, indi ailələr doğru-düzgün şəxsiyyət yetişdirmirlər”.

Yetişdirilə bilməyən şəxsiyyətlərə görə başqa insanların əziyyət, əzab çəkdiyini deyən psixoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu yanaşma doğru deyil. Məhz doğru qoyulmamış təməl, doğru qoyulmamış tərbiyyə bu gün belə nəticələrə gətirib çıxarır:

“Qadın zorakılığı, ailə daxili aqressiya, qadınlara və uşaqlara qarşı zorakılıq demək olar ki, hər zaman olub. Bu dönəmlərdə də problemin artıqlamasıyla özünü göstərməsi qadınların ailə daxilində daha həssas və zəif olduğundan olur. Psixoloji cəhətdən zəif, aqressiya ilə dolu insanlar gücsüzlərin üzərində güclərini göstərmək istəyirlər.

Ailə daxili qadın zorakılıqda narkotika, alkoqol və müxtəlif faktorlar var. Amma əsas problem odur ki, ailələr doğru-düzgün şəxsiyyət yetişdirmirlər. Yetişdirilə bilməyən şəxsiyyətlərdə görə də başqa insanlar əziyyət, əzab çəkir. Bu yanaşma da doğru deyil. Belə olmamalıdır. Doğru qoyulmamış təməl, doğru qoyulmamış tərbiyyə bu gün belə nəticələrə gətirib çıxarır.

Analar övladlarını tərbiyyə edərkən düşünməlidirlər ki, cəmiyyətə necə faydalı şəxsiyyət verməlidirlər. Analar, atalar bunu düşünmədikcə belə qatillər, cinayətkarlar çox olacaq”.

Qeyd edək ki, ailə zorakılığı məsələsi ilə bağlı bir çox mütəxəssis baxışları mövcuddur. Onlardan biri də odur ki, cəmiyyət günü-gündən mürəkkəbləşib, həssaslaşırsa, bu cəmiyyətdə ailə ilə bağlı sosial-humanitar siyasət dəyişməlidir və bunu dövlət eləməlidir. Ailə zorakılığına qarşı Komitənin konkret yanaşması nədən ibarətdir və Komitə ailə zorakılığı ilə bağlı problemlərin həllində konkret hansı mexanizmlərə, texnologiyalara əsaslanır. Dövlətin sosial siyasəti və tətbiqləri ailə zorakılığının qarşısını almaq üçün nə qədər yetərlidir?

Rahil Süleymanzadə: “Məişət zorakılığı hallarının ötən illərə nisbətən daha da çoxalması haqqında statistik məlumat yoxdur. Əslində bu problemlə bağlı azalmalar var”.

Məsələnin aktuallığını nəzərə alıb Ailə, Qadın və Uşaq Komitəsinin də cavabını aldı. Komitə nümayəndəsi Rahil Süleymanzadə ailə zorakılığı ilə bağlı cəmiyyətə müraciət edərək bildirdi ki, ailədə zorakılığın cinayətə keçməsindən öncə lazımı orqanlara müraciət etsinlər:

“Bildiyimiz kimi 2010-cu ildə ailə-məişət zorakılığının qarşını almaq üçün Azərbaycanda qanun qəbul edilib. 2011-2012-ci illərdə isə həmin qanunun icra mexanizmləri hazırlanmışdı. Eyni zamanda məişət zorakılığının qarşısının alınması üzrə milli fəaliyyət proqramı qəbul olunub. Göründüyü kimi məişət zorakılığının qarşısının alınması üçün tədbirlər həyata keçirilməkdədir.

Məişət zorakılığı hallarının ötən illərə nisbətən daha da çoxalması haqqında statistik məlumat yoxdur. Əslində bu problemlə bağlı azalmalar var. Amma məişət zorakılığında cinayətin növü kəskinləşib. Bu da kriminal vəziyyətlə bağlıdır. Buna görə deyə bilmərik ki, ailə zorakılığı ilə bağlı ölkədə heç bir iş görülmür.

Rahil Süleymanzadə: “Məişət zorakılığında cinayətin növü kəskinləşib. Bu da kriminal vəziyyətlə bağlıdır. Buna görə deyə bilmərik ki, ailə zorakılığı ilə bağlı ölkədə heç bir iş görülmür”.

Ailə Qadın və Uşaq Komitəsi hər bir ailədə hansı hadisələrin baş verdiyini bilə bilməz. Bunun üçün vətəndaşlar komitəyə kömək etməlidirlər. Yəni ailələrində, yaxud da yaxınlarının, qohumlarının ailərində məişət zorakılığı baş verirsə, bunu əvvəlcədən ya komitəyə, ya da hüquq müdafizə orqanlarına demək lazımdır. Amma bizim cəmiyyət gözləyir hansısa, cinayət baş verir, sonra o barədə məlumat verirlər.

Komitə olaraq vətəndaşlara müraciət edirəm ki, hansısa məişət zorakılığının şahidi olurlarsa, cinayət baş vermədən lazımı orqanlara müraciət etsinlər. Burada söhbət təkcə problemli ailədən söhbət getmir, ümumi cəmiyyət olaraq bu problemə qarşı mübarizə aparılmalıdır”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay