Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev “İl-76” qəzası ilə bağlı beynəlxalq araşdırma tələb edəcək

“Ukrayna hakimiyyəti Belqorod vilayətində ukraynalı hərbi əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israr etmək niyyətindədir”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, Ukrayna hadisənin baş vermə şəraitini aydınlaşdırsa da, eyni zamanda, beynəlxalq araşdırma da tələb edəcək.

Zelenski təyyarə qəzasının Rusiya ərazisində - Kiyevin nəzarətindən kənarda baş verdiyini nəzərə alaraq bütün faktları mümkün olduqca aydın şəkildə müəyyən etməyin zəruriliyini vurğulayıb.
Ukrayna prezidenti, həmçinin Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebaya mövcud məlumatlar barədə tərəfdaşlarına məlumat verməyi tapşırıb.

“Dövlətimiz beynəlxalq araşdırmada israr edəcək”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, yanvarın 24-də göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Rusiyaya aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olan “İl-76” hərbi təyyarəsi Belqorod vilayətində (Rusiya) qəzaya uğrayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay