Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: İrina Farion rus neonasistləri tərəfindən öldürülə bilərdi, polis araşdırma aparır...

Ukrayna poliso Rusiya mətbuatında keçmiş deputat İrina Farionun qətli ilə bağlı yayılan məlumatları yoxlayır...

Poliqon xəbər verir ki, Lvov vilayəti polisinin sözçüsü Svitlana Dobrovolskanın Suspilnoya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Rusiyanın neonasist hərəkatının nümayəndəsinin Farionun qətlinə görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı məlumatları yoxlayır.

"Dünən sosial şəbəkələrin monitorinqi zamanı biz bu məlumatı aşkar etdik. Hazırda bunun istintaq üçün faydalı olub-olmayacağını öyrənirik", deyə Dobrovolska bildirib.

Rusiyanın "Astra" Telegram kanalı, İrina Farionun qətlinə görə məsuliyyəti Rusiyadakı neonasist hərəkatının NS/WP (Milli-Sosializm/Ağ Güc) nümayəndəsinin üzərinə götürdüyü barədə məlumat yayıb.

Xüsusən də özünü müstəqil layihə adlandıran kanal 10 saniyəlik video yayımlayıb, orada naməlum qadının qışqırması eşidilir. Görüntülərdə jurnalistlər Farionun qətli zamanı hadisə yerində olan bir neçə avtomobili müəyyən ediblər.

"Suspilne" polisdəki mənbələrə istinadən yazır ki, qatil ən azı bir ay bu sui-qəsdə hazırlaşıb. Cinayətkar polis tərəfindən axtarılan şəxsdir. Onun cinayət ortaqları ola bilər, lakin onların qətldə konkret olaraq necə əli olduğu məlum deyil.

Qətli törədənin təxminən 20 yaşında olduğu görünür. O, arıq bədən quruluşlu, təqribən 170-180 sm boyu olan bir insandır.

Qeyd edək ki, iyulun 19-da axşam saatlarında naməlum şəxs qadını evinin yaxınlığında güllələyib. Farion ağır vəziyyətdə xəstəxanaya aparılıb, cinayətkar hadisə yerindən qaçıb. Daha sonra həkimlər İrina Farionun ölümünü elan edib. Hücum edən şəxs qaçıb, hüquq-mühafizə orqanları onu hələ də axtarır. İyulun 22-də Farion Liçakiv qəbiristanlığında dəfn edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ölkə üzrə pos-terminalların işində nasazlıq yarandı

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzalayıb

Ən çox oxunanalar