Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keniyanın Baş prokuroru Ağdam şəhərinə səfər edib

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir...

Baş Prokurorluqdan bildirilib ki, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Onlar Birinci Qarabağ Müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Qonaqlar Azərbaycanda Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.

Keniya nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay