Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın XİN başçısı istefa verib

İranın XİN başçısı Məhəmməd Cavad Zərif vəzifəsindən getdiyini elan edib

Bazar ertəsi, fevralın 25-də o, istefa verib. "Artıq öhdəliklərimi yerinə yetirə bilmədiyimə görə, həmçinin, vəzifədə olarkən yol verdiyim bütün nöqsanlara görə üzr istəyirəm", deyə Zərif öz İnstagram səhifəsində yazıb. O, 2013-cü ildən İranın xarici işlər naziri vəzifəsini tuturdu və Tehranla nüvə sövdələşməsinin bağlanmasına görə məsul idi.

Zərifin istefası İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilməlidir. Zərif Ruhaninin ilk prezidentlik müddətində XİN-ə rəhbərlik edib və onun yenidən seçilməsindən sonra da öz vəzifəsində qalıb. İranın Prezident Administrasiyası elə həmin gün bir qədər sonra Zərifin istefa verdiyini təsdiq edib, amma Ruhaninin istefanı qəbul etməyəcəyini qeyd edib.

Fevralın ortalarında Zərif Münhen Təhlükəsizlik Konfransında iştirak edib. İran siyasətçisi Avropa ölkələrini nüvə sövdələşməsi ilə bağlı mübahisədə ABŞ-a qarşı daha mütəşəkkil şəkildə çıxış etməyə çağırıb. 2018-ci ilin mayında Vaşinqtonun birtərəfli qaydada sazişdən çıxmasından sonra Zərif İranın konservativ qüvvələri tərəfindən sərt tənqid atəşinə tutulub. Nüvə sövdələşməsi BMT TŞ-də veto hüququna malik beş ölkə, habelə Almaniya tərəfindən 2015-ci ilin iyulunda bağlanıb. 2018-ci ilin noyabrında ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.(Turan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar