Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın sabiq nazir müavini casusluq ittihamı ilə edam ediləcək

İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əkbəri İngiltərə üçün casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilib...

PİA.az Mizan Xəbər Agentliyinə istinadən məlumat verir ki, keçmiş müdafiə naziri müavini Əkbəri bir müddət əvvəl İngiltərə adına casusluq etdiyi üçün həbs edilib. Bu prosesdə “casusluq” ittihamı ilə məhkəməyə çıxarılan Əkbəri edam cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs qərara etiraz etdikdən sonra kassasiya məhkəməsində işə yenidən baxılıb və Ali Məhkəmə etirazı rədd edərək Əkbəri haqqında edam hökmünü qüvvədə saxlayıb.

Digər tərəfdən, Kəşfiyyat Nazirliyi Əkbərinin ölkənin həssas və strateji mərkəzlərinin məlumatlarını İngiltərənin “MI6” adı ilə tanınan Gizli Kəşfiyyat Xidmətinə (SIS) ötürdüyünü açıqlayıb.

Bəyanatda Əkbəri İranın strateji qurumları haqqında mühüm məlumatlar toplayan və topladığı məlumatları tam şəkildə dəfələrlə Britaniya kəşfiyyatına təqdim edən Gizli Kəşfiyyat Xidmətinin ən mühüm casuslarından biri olaraq xarakterizə edilib.

İkili İran-İngiltərə vətəndaşlığına sahib olduğu deyilən Əkbərinin nə vaxt həbs olunduğu barədə məlumat olmasa da, ölkə mətbuatında onun 2019-2020-ci illər arasında “Mİ6” adına casusluq ittihamı ilə həbs edildiyi barədə məlumat verilib.

pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar