Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Azərbaycandakı agentura şəbəkələri... - Necə mübarizə aparılmalıdır?

Cəmiyyətimizdə İran şəbəkələri tam təmizlənməyib..

Siyasi-şərhçi: “İran Azərbaycana qarşı ən çox təzyiq və təsir aləti olan ölkədir və bu da onu daha təhlükəli edir. Burnumuzun ucunda yerləşir və əlində din kimi vacib “silah” var”.

“Rəsmi Tehrana indiyə qədər necə layiqli cavab verilibsə, bundan sonra da eyni siyasi xətt yürüdülməlidir və bunun ölkə siyasi rəhbərliyi səviyyəsində yürüdüləcəyinə əminik”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı İranın Azərbaycandakı agentura şəbəkəsini Poliqon-a şərh edərkən qeyd edib.

İranın Azərbaycandakı agentura şəbəkəsinin böyük bir hissəsi ifşa olunub. Ancaq buna baxmayaraq, cəmiyyət hələ də belə ünsürlərdən tam təmizlənməyib və bu İran tərəfindən verilən arxayın açıqlamaladan da hiss olunur.

Bəs İranın Azərbaycanda fəaliyyət göstərən şəbəkələrini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

İran-Azərbaycan arasında olan son münasibətləri Poliqon.info-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İran casus şəbəkəsinə qarşı aparılan əməliyyatlar qənaətbəxşdir. Başqa hansı yollara əl atıla bilər ki? Güllələnəsi deyillər ki?”.

Sonda itirən tərəfin cənub qonşumuzun olacağını proqnoz edən ekspert bildirib ki, bölgədə Azərbaycan kimi etibarlı, strateji tərəfdaşı itirmək yalnız və yalnız regionun istənilən ölkəsi üçün itki olar:

İranın ölkəmizdəki agentlərinin böyük hissəsinin ifşa olunması barədə səslənən fikirlərlə tam şəkildə razı deyiləm. Son günlərdə onlara qarşı aparılan həbs əməliyyatları bunun bariz sübutudur. Təkcə son bir həftədə 400-dən çox şəxsin həbs olunduğu bildirilir. İndi onların hamısına da agent ittihamı yapışdırmaq doğru olmazdı. İstintaq gedəcək. Bu İstintaq çərçivəsində hər şey aydın olacaq. Çox arzu edərdik ki, istintaq son dərəcə diqqətli, məsuliyyətli, operativ və ədalətli aparılsın ki, ikinci bir “Tərtər işi” cinayəti yaşamayaq. Buna ümid edirik.

Nəzərə alaq ki, İranın Azərbaycandakı agentura şəbəkəsinin böyük bir hissəsi ifşa olunub. Ancaq buna baxmayaraq, cəmiyət hələ də belə ünsürlərdən tam təmizlənməyib və bu İran tərəfindən verilən arxayın açıqlamaladan da hiss olunur. Din pərdəsi adı altında insanları bəzən asan şəkildə özünü tərəf çəkə bilir. Sosial problemləri yüksək olan Azərbaycan kimi ölkələrdə istəyinə bəzi hallarda tez nail ola bilir. Amma Azərbaycan cəmiyyəti həm də ayıq-sayıq cəmiyyətdir. Deputat Fazil Mustafaya qarşı baş verən sui-qəsd hadisəsi bir daha bunun bariz nümunəsi oldu.

Deyərdim ki, bütün cəmiyyət istər sosial şəbəkələrdə, istərsə də, başqa yerlərdə tam şəkildə səfərbər oldu, Fazil bəyə dəstəyini nümayiş etdirdi. Çünki bu güllələr həm də Azərbaycan dövlətçiliyinə qarşı atılmışdı. İran tərəfi çox da arxayın olub, arxayın olduğunu göstərən açıqlamalar verməsə, ancaq və ancaq uduşlu çıxar. Molla rejimi nəzərə almalıdır ki, “barıt çəlləyi”ni xatırladır. Hər an daxildən, ən çox oradakı 40 milyondan çox soydaşımızın etirazları ilə darmadağın olar.

Cavanşir Abbaslı: “İran din pərdəsi adı altında insanları bəzən asan şəkildə özünü tərəf çəkə bilir. Sosial problemləri yüksək olan Azərbaycan kimi ölkələrdə istəyinə bəzi hallarda tez nail ola bilir”.

İran casus şəbəkəsinə qarşı aparılan əməliyyatlar qənaətbəxşdir. Başqa hansı yollara əl atıla bilər ki? Güllələnəsi deyillər ki? Azərbaycan qanunları ilə ittiham olunmalıdırlar və olunurlar da. Təbii ki, hər zaman bu məsələ xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Müstəqillik illərimiz ərzində cənubdan gələn çoxsaylı təhlükələr, təhdidlər bu ölkənin bizim üçün nə qədər təhlükəli olduğunu göstərir. Hər an hər şey bu rejimdən gözləmək olar. Öz ərazisində fəaliyyət göstərən bir ölkənin, yəni Azərbaycanın səfirliyinə terror aktı təşkil edir, həyatını itirən olur, amma həbs olunan terrorçunu məsuliyyətdən yayındırmaq üçün hər yola əl atırlar.

Təbii ki, rəsmi Tehrana indiyə qədər necə layiqli cavab verilibsə, bundan sonra da eyni siyasi xətt yürüdülməlidir və bunun ölkə siyasi rəhbərliyi səviyyəsində yürüdüləcəyinə əminik. Sonda itirən tərəf cənub qonşumuz olacaq. Buna əmin olun. Çünki bölgədə Azərbaycan kimi etibarlı, strateji tərəfdaşı itirmək yalnız və yalnız regionun istənilən ölkəsi üçün itki olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ən çox oxunanalar