Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədov yenidən leriklilərin evinin altını qazmağa başladı: Əhali təhlükədədir - Video, Foto

Deputat İqbal Məmmədov bir müddət fasilədən sonra yenidən LənkəranLerik yolunun üstündə yerləşən Piran kəndini məhv etməyə başlayıb.

Piran sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, kəndin ortasından keçən Lənkəran çayının yatağında bu gündən başlayaraq yenidən çınqıl daşınır. Bu isə Piranda bir-neçə evi sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.

Mövcud qanunvericilik çayların yatağının qazılmasını faktiki olaraq qadağan edir. Beləki qanunlar çayların yatağından maksimum 30 sm(0,3 metr) qalınlığında hissənin qazılmasını imkan verdiyi halda, İqbal Məmmədov çayın yatağını 4 metr dərinlikdə qazdırır. Bu isə birbaşa qanun pozuntusu olmaqla bərabər Piran kəndi başda olmaqla onlarla yaşayış məntəqəsi üçün təhlükə (sel, daşqın və s. bu kimi təhlükələr) yaradır.

İqbal Məmmədova məxsus zavod xeyli vaxtdır LerikLənkəran yolu boyunca axan çayın yatağından çınqıl daşıyır. Çay boyunca hansı qanunsuzluqların baş verdiyini dəqiq deyə bilməsək də, çayın Piran kəndindən keçən hissəsində təbiətin vəhşicəsinə məhv edilməsi faktı ortadadır.

Təəssüf ki, İqbal Məmmədovu yaxından tanıyanların onun barəsində dedikləri özünü doğrutdu. Çünki pula görə, deputatın təbiətə vəhşi münasibətini davam etdirəcəyi şübhəsiz idi.

İqbal Məmmədovun merkantil maraqlarına görə məhv etdiyi kənddən görüntüləri təqdim edirik:

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar