Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternetdə söz azadlığının konstitusiyasını “Facebook” yazacaq

Söz və ifadə azadlığı kimi elastik bir mövzuda dəqiq qaydalar yaratmaq çox çətin olsa da, “Facebook” bu imkansız kimi görünən işi ən uyğun şəkildə etməyə çalışır...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 17 fevral 2021-ci il

Həyatımıza 2004-cü ildən bəri daxil olan “Facebook” sosial platforması özünü bütün dünyaya düşüncə azadlığının qızğın bir müdafiəçisi kimi təqdim edir. Özünü hər düşüncəni və hər fikri əhatə edən bir sosial media olaraq qəbul edir və hər kəs tərəfindən də bu şəkildə qəbul edilmək istəyir. Bütün fərqli fikir və düşüncələrin daşıyıcısı olmaq ideyası yaxşıdır, lakin bunun bəzi riskləri də var.

Hansı düşüncələr azad olmalıdır?

Məsələn, bəzi fikirlərin qadağan olunmasını istəmək də bir fikirdir və bu da düşüncə azadlığı çərçivəsində ifadə edilir. Bundan əlavə, irqçi ritorika ilə deyilən, ayrı-seçkilik və hətta nifrət nitqi ehtiva edən düşüncələr də bir fikir kimi qəbul edilə bilər və bunlar sərhədsiz düşüncə azadlığının bir nəticəsi kimi qəbul edilə bilərdi.

“Facebook”un tarixinə nəzər saldıqda bütün bu risklərin baş verdiyini görə bilərik. Zamanla bu sosial mediada ayrı-seçkilik və irqçi fikirlərə də rast gəlmək mümkün oldu. Bu mediada hər cür sui-qəsd nəzəriyyələri də görünə bildi.

Düşüncə və ifadə azadlığının tərifinə və bunun necə tətbiq olunacağına dair müəyyən qaydalar qoyulmasına ehtiyac yaranmışdı.

Bəzi meyarlar qətiyyətlə qoyulmasaydı, bəzi dağıdıcı və “təhlükəli” fikirlərin qarşısının alınmasına dair möhkəm meyarlar olmasaydı, bütün bunlar özbaşına alınmış qərarlar kimi yozula bilərdi. Keçmişdə belə qərarları vermək “Facebook”un qurucusu və sahibi Mark Zakerbörqə aid olduğu üçün bu xoşagəlməz iş onun üçün ağır bir yükə çevrilməyə başlamışdı.

Bir neçə il əvvəl şirkət daxilində söz azadlığı çərçivəsində qəbul edilən və ya edilməyən fikirlərin meyarları barədə qərarlar qəbul etmək üçün bir araşdırmaya start verilib. “Facebook” şirkəti daxilində başladılan bu araşdırma mümkün qədər gizli saxlanılıb. Çünki mübahisələr sızdırılsa və hansı fikirlərin müzakirə edildiyi ortaya çıxsa, cəmiyyətdəki müxtəlif qruplar buna təzyiq göstərə bilərdi.

Bu gizli işin hansı istiqamətə getdiyi və nə cür formalaşdığı barədə Keyt Klonikin “New Yorker” jurnalında yazdığı bir məqalə sayəsində öyrəndim. Söz və ifadə azadlığı konstitusiyasını, daha doğrusu, qaydalarını təsis etmək üçün bir “Nəzarət Şurası” qurulmasına qərar verilib. “Facebook”da səsləndirilən fikirlər şikayət edildikdə bu Şura etirazı hər cəhətdən müzakirə edəcək və nəhayət, haqlı olub-olmadığına qərar verəcək.

Etirazın haqlı olduğu müəyyən edilsə, “Facebook”da bu fikri Mark Zakerbörqlə məsləhətləşmədən də qadağan etmək mümkün olacaq. İdarə heyəti həm də əvvəlki qadağanı ləğv edə biləcək. Başqa sözlə, hazırda “Facebook”da bloklanmış ABŞ-ın keçmiş prezidenti Trampın öz fikirlərini yenidən yaymasına icazə verilsə, bu qərarı Mark Zakerbörq deyil, idarə heyəti qəbul edəcək.

Kriteriya necə yazılacaq?

Bu cür şura qərarları toplandıqda və konstitusiyaya bənzər bir mətn hazırlamaq üçün qaydalar formalaşdırıldıqda idarə heyəti bunları söz və ifadə azadlığı üçün bir meyar kimi təyin edəcək. Beləliklə, prosesin sonunda “Facebook”un ifadə azadlığının ədalətli işləməsi üçün müasir bir mətnə ​​(konstitusiyaya) sahib olacağı gözlənilir.

Nəzarət Şurası bir müddət əvvəl işə ən uyğun insanlardan ibarət bir axtarış platforması yaradıb. Müraciət etmək istəyən hər kəsə açıq olan bu platformaya təqdim olunan müraciətlər şirkət daxilində bir mütəxəssis heyəti tərəfindən qiymətləndirilib, peşələri üzrə ən uyğun insanlar seçilib və müşahidə şurası işə başlayıb. İdarə heyətinə hüquq professorları, ABŞ ədliyyə nazirliyində təhsil alan mütəxəssislər, insan hüquqları sahəsində çalışan insanlar və siyasətçilər daxil edilib.

Çətin, lakin zəruri bir iş

Aydındır ki, hər bir insanın düşüncələrini dilə gətirmək və bunu sosial media vasitəsilə yaymaq fürsəti əldə etdiyi bir dövedə belə bir araşdırmaya ehtiyac var idi. Bu işin çox çətin olduğu aydındır. Ancaq bu çətin də olsa edilməli olan, məcburi bir işdir. Nəyin fikir və ifadə azadlığı sayılması ilə bağlı əlimizdə açıq meyarlar olmasa, verilən hər qərar özbaşına hesab ediləcək.

Əminəm ki, prosesin sonunda qoyulacaq meyarlar mübahisəsiz hər kəs tərəfindən qəbul olunmayacaq. Söz və ifadə azadlığı kimi elastik bir mövzuda dəqiq qaydalar yaratmaq çox çətin olsa da, “Facebook” bu imkansız kimi görünən işi ən uyğun şəkildə etməyə çalışır.

Yumor problemi

Qarşılaşılan ən çətin məsələlərdən biri də, şübhəsiz ki, yumor kateqoriyasına daxil olan bəzi problemli məsələlərin söz azadlığını pozmadan necə həll ediləcəyinə qərar verməkdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar