Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir zəlzələ ilə bağlı xarici səfərlərini ləğv etdi

Yaponiyanın Baş naziri Fumio Kişida Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan dörd günlük səfərini ləğv edib...

Poliqon APA-ya istinadən bildirir ki, bu barədə Baş nazir Kişida mətbuat konfransında deyib.

O bildirib ki, potensial zəlzələ ilə bağlı "hökumətin cavab reaksiyasına və məlumatların yayılmasına diqqət yetirmək" üçün xarici səfərini ləğv edib.

"Ölkənin böhran idarəçiliyinə cavabdeh olan yüksək vəzifəli şəxs olaraq, əlavə bir tədbir olaraq, ən azı bir həftə Yaponiyada qalmalıyam", Kişida əlavə edib.

O, cümə günü axşam Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Yaponiyanın birgə ilk sammitdə iştirak etməli və birgə bəyannamə qəbul etməli idi.

Bazar ertəsi isə onun Monqolustanın paytaxtı Ulan-Batorda ölkə prezidenti Uxnaa Khurelsukh və baş nazir Luvsannamsrai Oyun-Erdene ilə görüşü nəzərdə tutulurdu.

Xatırladaq ki, Yaponiya Meteorologiya Agentliyi cümə axşamı ölkənin cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələdən sonra Nankai çökəkliyi ətrafındakı ərazilərdə zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Ən çox oxunanalar