Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”

Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb – cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər

“Rustavi 2” telekanalı xəbər verir ki, Marqvelaşvili Duşetidə yaşadığı evin həyətində tikilmiş kottecin elanını airbnb.com beynəlxalq ev kirayəsi saytında yerləşdirib. İyunun 4-nə qədər otağı 20% güzəştlə kirayələmək mümkündür. Kirayə prosesinə eks-prezidentin qızı Anna Marqvelaşvili nəzarət edir.

Gürcüstan prezidenti vəzifəsindən gedəndən sonra işsiz qalmış Marqvelaşvilinin ailəsi gəlir mənbəyə axtarmağa başlayıb və həyətlərindəki kotteci kirayə vermək qərarına gəlib. Bu ev Marqvelaşvilinin prezident olduğu dövrdə tikilib.

Jurnalistlərin sualına cavab verərkən keçmiş prezident bildirib ki. dövlət başçısı vəzifəsindən gedərkən ehtiyatda saxladığı pulun məbləği cəmi 6 min lari (təxminən 2200 dollar) olub.

“Pul məsələsinə gəlincə, düşünürəm ki. mən xristianam, çünki pulum həmişə az olub və olan pulu xərcləyib, Allaha ümid etmişəm”, - Marqvelaşvili deyir.

Kottecə gedən yol eks-prezidentin həyətyanı sahəsindən keçir. O, evi tutmuş turistləri öz əlləri ilə əkdiyi tərəvəzə qonaq etməyə hazırlaşır. Yeməkdən sonra isə turistlər bağda əkilmiş nardan dada bilərlər. Həmin nar ağaclarının tinglərini Marqvelaşviliyə Azərbaycan prezidenti İlham Əliyev bağışlayıb. Tingləri torpağa keçmiş birinci xanım Maka Çiçua əkib. Bostandakı kartof sahəsi isə Belarus prezidenti Aleksandr Lukaşenkonun hədiyyəsidir.

Qeyd olunur ki, elanın verildiyi saytda evin eks-prezidentə aid olduğu yazılmayıb. Bunu turistlərə sürpriz olaraq təqdim edəcəklər.

Mənbənin bildirdiyinə görə, Duşetidəki evi Marqvelaşvili 2004-cü ildə cəmi 2500 dollara alıb. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay